Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

“İndi bir başqası ermənidən pul alsaydı…” –Sabiq deputat hüquqşünasa

Vəkil Aslan İsmayılovla sabiq deputat Etibar Hüseynov arasında qalmaqal yaranıb. 

Xeberinfo.com:   Hər iki şəxs “Facebook”da bir-birlərinə təhqir dolu ifadələr yazıblar.

Etibar Hüseynov Aslan İsmayılov haqqında deyib: “Bircə onu bilirəm ki, indi bir başqası ermənidən pul alıb onun hüquqlarını müdafiə etsəydi, həmən bu Aslan İsmayılov o dığ-dığ səsiylə zəhləmizi tökmüşdü. İl boyu millətdən, vətəndən, qeyrətdən danışır bu cür zatlar”.

Aslan İsmayılovun Etibar Hüseynova cavabı isə belə olub: “Adını balaca hərflərlə yazdığın insanın otağında boynu bükülü imdad dilədiyin nə tez yaddan çıxdı? Bəs sənə pulsuz vəkillik etməyim, bəs ünvanıma dediyin təriflər? Deyəsən vəzifə söz veriblər? Ömrünü yallanmağa sərf etdin”.

Etibar Hüseynov: “Hər sənin kimisi haqda dediyimə görə vəzifə umsaydım indi başqa yerlərdə olardım. Ömrünü gündə birinin qoltuğunda keçirib yallananı isə hamı tanıyır Allaha şükürlər olsun. O ki, qaldı pulsuz vəkillik eləyənlə, boynun büküb imdad diləyənə… Bir az abrın həyan olsun!”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam