“YARIM HAMİLƏLİK OLMUR”
Xalq deyimi
Xeberinfo.com: Mən də vəkil Aslan İsmayılovu bir sıra oxucular kimi mətbuatda və saytda çıxışlarından tanıyıram və heç bir şəxsi əlaqələrim yoxdur. Aslan İsmayılov 05.10.2013-cü il tarixli müxalif mətbu orqanında “Üfunət detektoru” adlı bir köşə dərc etdirərək rus atalar məsəli ilə Araz Əlizadəni “tərif”ləmişdi.
02.11.2015-ci il tarixdə “Xəbərinfo.com” saytında “Tanınmış vəkil Aslan İsmayılov MTN-ə qarşı ağır ittihamlar səsləndirib” yazısı diqqəti cəlb edir. Məlumata görə, vəkil özünün Facebook səhifəsində yazır: ”Çox gözəl bir deyim var: “ Yarım hamiləlik olmur”.
A.İsmayılov deyimlərdən istifadə etməklə diqtə edir ki, hüquqşünas olsa da ədəbiyyatı da yaxşı mənimsəmiş və bununla da fikrini faktlarla əsaslandırmağı yetərincə bacarır.
Daha sonra o, qeyd edir: “MTN işi” ilə bağlı yayılan məlumatlar onu göstərir ki, çoxlu sayda insanlar heç bir günahı olmadan MTN işçiləri tərəfindən şərlənib. Haqlarında qurama işlər düzəldərək küllü miqdarda rüşvət alınıb. Sonra isə saxta cinayət işləri prokurorlar tərəfindən təsdiqlənərək məhkəmələrə göndərilib və yenə də rüşvət müqabilində haqlarında şərti cəza olmaqla ittiham edici hökm çıxarılıb. İndi MTN-nin vəzifəli şəxsləri, müstəntiqləri həbs olunur və olunmalıdır...
Əgər doğrudan da ədalətli araşdırma gedirsə MTN-də istintaqa nəzarət edən, həmin saxta ittiham aktlarını təsdiq edən prokurorlar və qanunsuz hökm çıxaran hakimlər də həbs olunmalıdır. Hamı bilir ki, ən azından hakimlər aldıqları rüşvətləri ittihamı müdafiə edənprokurorlarla bölüşürlər. Bu gedişatla ancaq MTN əməkdaşları həbs olunacaqlarsa deməli Azərbaycan ədalət sistemində yenə yarım hamiləlik olur”.
Yazılan və yayılan məlumatlardan görünür ki, respublikanın hüquq mühafizə orqanları tam çirklənmişdir. Hal hazırda hökumət onu sağlamlaşdırmağa çalışır. Bir sıra səviyyəli şəxslər isə hüquq mühafizə orqanlarındakı rəhbər vəzifələrə kamil şəxslərin təyinatı üçün proqnozlar verirlər. Hüquq elmi sahəsində olduqca səviyyəli, kifayət qədər təcrübəli Aslan İsmayılov kimi küclü kadr isə təyinatazəmanətverənlərin yadına düşmür,və yaxud nədənsə susurlar.
Kamil hüquqşünas A.İsmayılovun araşdırmalarından belə nəticəyə gəlmək olur ki, Dövlət tərəfindən Respublika MTN-nin əməkdaşlarına verilmiş səlahiyyətlərdən sui isifadə edərək həyata kecirdikləri bütün əməliyyatlarla Azərbaycan hüquqşünaslığına “Yarım hamiləlik” damğası vurmuşlar.
Ancaq bu mürəkkəb şəraitdə Prezidentin dünya baxışının, bilgisinin, cəsarətinin, siyasətinin önəmli olması, Azərbaycan xalqına və hökumətinə xəyanət edənlərin əməllərini, hərəkətlərini bir çekist kimi uzun müddət izləyərək vaxtında tədbir görə bilməsi müdrikliyin ən yaxşı nümunəsidir.
Quliyev Elxan Sarı o.