Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Aslan İsmayılov Rusiya xüsusi xidmət orqanlarına bağlıdır’’ –ŞOK İTTİHAM

Aslan-ISM

Xeberinfo.com:   Hüquqşünas Aslan İsmayılov “Baki Post” saytına geniş müsahibəsi zamanı bir sıra partiya sədrlərini, siyasətçiləri, o cümlədən Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovu “satqın” adlandırıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan AMİP funksioneri Əli Orucov bildirib ki, Aslan İsmayılov yol kənarında dayanıb, gəlib-gedənlərə söz atmaqla məşğul olur:

“Ən böyük xəyanətkar elə onun özüdür. Xatırlayırsınızsa, Sumqayıt hadisələrinin araşdırılması üçün Rusiya Aslan İsmayılovu göndərdi və onun əli ilə günahsız insanlara ən ağır cəzanı verdilər. Hətta bu məsələ ilə bağlı həmin dövrdə hakim işləyən bir şəxs də bu barədə bildirib. A.İsmayılov Rusiyanın xüsusi xidmət orqanına bağlı bir adamdır. “Beşinci kolon”un Azərbaycanda nümayəndəsidir. Aslan kimi adamların nə deməsi bizim üçün vacib deyil. Çünki küçədə dayanıb ona-buna söz atmaqdan, kiminsə qarasına danışmaqdan başqa onun əlindən nə gəlir ki?”

Ə.Orucov deyib ki, Aslan İsmayılov indi də bu missiyanı davam etdirir.
“Son olaraq, erməni şirkətinin maraqlarını müdafiə edir. Belə bir adam ölkənin, millətin taleyini düşünənlər barədə başqa nə deyəcək ki? Bu, ona verilmiş bir vəzifədir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam