Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rektor Fətullah Gülənin adamıdır? - ŞOK İDDİA

Rektor Fətullah Gülənin adamıdır? - ŞOK İDDİA

 

Fətullah Gülənin QARANLIQ dünyası ilə yanaşı hələ də ona sitayiş edən bəzi QARANLIQ adamlar barədə çoxlu məlumatlar var. 
Xeberinfo.com:   Türkiyədən redaksiyamıza daxil olan bir məktubda deyilir: "Hörmətli Miq.az saytının rəhbərliyi!  "SOCAR-Türkiyə”də iş görən paralelçi firmalardan LOTUS üzə çıxdı və bu firmaya artıq iş verilmir. Bundan başqa iş alacaq firmaların böyük əksəriyyəti ES Group tərəfindən seçilir. Üç qardaşın idarə ettiyi ES Group əlini SOCAR dan çəkməyincə burada paralel təmizləmə mümkün deyildir. 
Aldığımız məlumata gğrə, Türkiyədə dövlət çevrilişi cəhdinin uğursuz olmasından sonra FETO qruplaşması fəaliyyət göstərdiyi ölkələrdə taktikalarını dəyişiblər. 
Miq.az-a daxil olan məlumatlara görə, Gülən tərəfdarları Azərbaycan Dövlət Neft Şirkətindəki mövqelərindən istifadə edərək biznes sahələrini və təhsil layihələrini SOCAR-ın balansında qorumağa çalışır. Məlumatda iddia olunur ki, SOCAR-ın  balansında olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Gülən şəbəkəsinin Azərbaycanda ən önəmli adamlarından biridir. Elmar Qasımov hələ Təhsil Nazirliyində müavin işlədiyi zamandan FETO şəbəkəsinin təhsil sahəsində irəliləməsi üçün əlindən gələni edib. Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi də təsadüf sayılmır. 
SOCAR-dakı Gülən şəbəkəsinin taktikanı dəyişməsi Türkiyədə də həyəcanla izlənilir. Müşahidələr göstərir ki, Ankara FETO-nun SOCAR-dakı şəbəkəsinin sıradan çıxarılmamasından narahatdır və bunu diplomatik yolla Azərbaycan hakimiyyətinə dəfələrlə bildirib. 
Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Gülən şəbəkəsi SOCAR-dakı bütün qruplaşmalara nüfuz edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayevin də dolğun məlumatlı olduğu qrup (Xaricdəki SOCAR-ın törəmə müəssisələrində çalışanların böyük hissəsi) çoxdan Gülən şəbəkəsi ilə birgə işləyir. Və Avropa ölkələrində SOCAR-a lobbiçiliyi də gülənçilərin vasitəsi ilə edilir. Türkiyədəki məlum Petkim olaylarından sonra belə gülənçilər SOCAR-ın, Ukrayna, Gürcüstan və s. ölkələrdəki şirkətlərdə mövqelərini qoruyublar. Buna əsas səbəb şəbəkənin əlində Rövnəq Abdullayevə qarşı çoxlu yalançı kompromatlarn olması göstərilir. 
SOCAR-dakı ən güclü qruplaşmalardan olan Mikayıl İsmayılovun rəhbərlik etdiyi çevrə də Fətullah Gülən şəbəkəsi ilə yetərincə bağlılığı var. Məlumada bildirilr ki, Mikayıl İsmayılov Türkiyədəki biznesini Gülən şəbəkəsi vasitəsi ilə qurub. İddialara görə, Mikayıl İsmayılov Gülən şəbəkəsinin Azərbaycandakı çoxlu layihələrinə maddi dəstək də verib.
ARDNŞ-in kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov da Gülən şəbəkəsi ilə sıx bağlıdır. İddialara görə, Gülənçilərin təhsil müəssisələrinin bitirən məzunların SOCAR-da işə götürülməsində Xaliq Məmmədovun xüsusi rolu olub. Hal-hazırda Türkiyədə baş vermiş məlum olaylar zamanı həbs olunmuş adamların azad olunması üçün Fətullah Gülənin Bakıdakı müridləri hərəkətə keçmək istəyirlər. Həbs olunmuş adamlar içərisində  bu missiyanın başında duran, hətta "SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxslər var. Amma necə, nə cür, hansı yolla...bu, tamam başqa mövzunun yazısıdır. Bu barədə növbəti yazımızda.
Miq.az-ın redaksiyasına daxil olan bəzi məlumatlar əsasında araşdırmalarımızın nəticələrinə görə, İstanbulun Fatih bölgəsində qeydiyatlı olan Azərbaycan mənşəli "Erbilen Gayrimenkul Yatırımları LTD” və Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin Karşıyaka bölgəsində fəaliyyət göstərən "Erbilen Gayrimenkul Danışmanlıq Şirkəti”nin bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olub. Bu işlərin kimin tapşırığı və hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi dosyeləri ortaya qoymaq üçün "Amsterdam&Partners huquq firması”nın təhqiqatlarına ehtiyac olmayacaq. Quruluş tarixi 22  aprel 2011-ci il, unvanı Eski Büyükdere cd. 231 SOCAR Bosphorus plz.k.3 Maslak, İstanbul, TÜRKİYE göstərilən "Erbilen Gayrimenkul Yatırımları şirkəti”nin rəhbəri də İlqar Mehmetoğludur (Bu adam hal-hazırda Türkiyə hüquq-mühafizə orrqanları tərəfindən həbs olunmuşdur), ortaqları isə... Dövlət məmuru biznes fəaliyyəti ilə məşğul ola bilərmi? 
Araşdırmalarımız davam edir. Mövzuya yenidən qayıdacağıq.
Bizi izləyin!
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam