Hacıqabul rayon Elektrik Şəbəkəsində büdcə vəsaitləri «saf-çürük» edilir
Şöbə rəisi Mahir Abdullayev və baş mühəndis Sahib Əliyev transfarmatorları nədən məhz Xəqani Əliyevin zavodundan alırlar?
Xeberinfo.com: Onlar icra başçısının köməkçisi Afiq Kərimovun himayəsinə arxalanaraq şəxsi maraqlarını təmin etməklə məşğul olurlar .«Azərişıq» ASC-nin Hacıqabul rayon Elektrik Şəbəkəsilə bağlı Gundelik-Baku.com-a daxil olan bilgilərdə qeyd olunur ki, adçəkilən qurumun şöbə rəisi Mahir Abdullayev və baş mühəndis Sahib Əliyev əlbir olaraq ciddi neqativ hallara, çoxsaylı nöqsanlara imza atırlar. Belə ki, bu gün Hacıqabul rayon Elektrik Şəbəkəsinin xidmət göstərdiyi bölgədə saysız-hesabsız problemlərin mövcud oldğunu iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, adıçəkilən şəbəkənin işçiləri büdcə təşkilatlarına, idarə və müəssisələrə hər ay əlavə borc yazırlar. Həmin idarələrin yetkili şəxslərinin isə bu borcu büdcə vəsaitlərindən ödədiklərini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Hacıqabul rayon Elektrik Şəbəkəsinin şöbə rəisi Mahir Abdullayev və baş mühəndis Sahib Əliyev əməllərilə əhaliyə əlavə problemlər yaradırlar: «Deyilənlərə görə, Sahib Əliyevin qardaşı Xəqani Əliyevin elektrik istehsalı zavodu var və həmin zavaodda əsasən transfarmatorlar istehsal edilir. Bildirilir ki, Mahir Abdullayevlə Sahib Əliyev əlbir olub Xəqani Əliyevin zavodundan transfarmatorları alıb quraşdırır, bütün idarə və müəssisələrə satırlar. Qeyd olunur ki, «Azərişıq» ASC-nin rəhbəri Baba Rzayevin də belə bir zavodu var. Lakin Mahir Abdullayevlə Sahib Əliyev Baba Rzayevin zavodundan deyil, məhz Xəqani Əliyevin zavodundan transfarmatorlar alıb satırlar. Hələ bu, harasıdır. Deyilənlərə görə, Mahir Abdullayevlə Sahib Əliyev Hacıqabul rayon Elektrik Şəbəkəsi üçün lazım olan bütün elektrik avadanlıqlarını da Xəqani Əliyevin sahibi olduğu müəssisədən alır və bununla da xeyri ona verirlər. Bununla da dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük bir hissəsi «saf-çürük» edilir. Yəni bu əməliyyat nəticəsində həm Hacıqabul rayon Elektrik Şəbəkəsinin rəhbərliyi, həm də büdcə təşkilatlarının rəhbərləri qazanırlar». Bu arada, Hacıqabul rayon Elektrik Şəbəkəsinin fəaliyyətində müxtəlif qanun pozuntularının qeydə alındığını bildirən mənbə iddia edir ki, dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə bəzi istehsal və kommersiya obyektləri ilə şəbəkə rəhbərliyi arasında xüsusi razılaşma əldə olunub: «Deyilənlərə görə, bu razılaşma həmin müəssisə rəhbərlərinə hər ay «təşəkkür» etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə etmək imkanı verir. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziyan vurur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Hacıqabul rayon Elektrik Şəbəkəsində bir sıra neqativ hallar müşahidə olunur. Belə ki, adçəkilən qurumun şöbə rəisi Mahir Abdullayev və baş mühəndis Sahib Əliyev Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Kərimovun himayəsinə arxalanaraq əhaliyə normal xidmət göstərmək əvəzinə digər məsələlərlə, əsasən də şəxsi maraqlarını təmin etməklə məşğul olur. Onu da nəzərinizə çatdırım ki, Mahir Abdullayevlə Sahib Əliyev vaxtının böyük bir hissəsini iş yerində yox, məhz əyləncəli məkanlarda keçirirlər. Bu səbəbdən də onların iş prinsipi rayon camaatının ciddi narazılığına səbəb olur.Belə ki, Hacıqabul sakinləri də təsdiqləyə bilərlər ki, son zamanlar sərf olunan elektrik enerjisinin pulunun yığılması zamanı bir sıra əyrintilərə imta atılır. Müvafiq qaydalara əsasən elektrik enerjisinə görə ödənişlər birbaşa bank şöbələri vasitəsilə həyata keçirilməli olduğu halda Hacıqabul rayon Elektrik Şəbəkəsinin əməkdaşları buna əməl etmədən sakinlərdən ödənişlərin əlbəəl verilməsini tələb edirlər. Məhz bu kimi hallara görə bu gün yerli camaat şöbə rəisi Mahir Abdullayev və baş mühəndis Sahib Əliyevin əməllərindən təngə gəlib».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.