Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

YOL POLİSİNİN “AVTOŞ OVU” DAVAM EDİR – Qiyməti 500 manat

gece reyd avtosh gh

Nəsimi DYPŞ-nin əməkdaşları Rəşid Behbudov küçəsində sürücüləri «tora salır» 

Xeberinfo.com:   Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının hələ də eyni məkanda, köhnə üsuallardan istifadə etməklə sürücüləri «tora» salması barədə məlumatların ardı-arası kəsilmir. Bu dəfə Sadiq Həsənov adlı oxucumuz Avtosfer.az saytına Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının sürücüləri tələyə salıb «avtoş» adı ilə saxlaması barədə müraciət edib. O bildirib ki, Nəsimi rayon DYPŞ-nin 99-YP-274 dövlət nömrə nişanlı ekipaji hər gün axşam sürücüləri tələyə salır.

Sadiq Həsənovun yazdıqlarını olduğu kimi təqdim edirik: «Belə ki, 99-YP-274 hər gün axşam 10-FM-099 dövlət nömrə nişanlı «Hyundai Grandeur» markalı avtomobilin sürücüsü ilə əlbir olaraq Rəşid Behbudov küçəsində vətəndaşları soymaqla məşğuldurlar. 10-FM-099 nömrəli mahın Rəşid Behbudov küçəsində ziqzaqvari hərəkət ederek açıq şəkildə qaydanı kobud pozur və onunla birlikdə orada hərəkət edən digər avtomahınların sürücülərinə göz-qaş hərəkətləri ilə el arasında «Bəlkə sürək?» kimi başa düşülən işarə verir. İradəsi zəif olan vətəndaşlar da bu işarəyə aldanıb Rəşid Behbudov küçəsindən balayıb Bakıxanov küçəsinin kəsişməsinə qədər yarışırlar. Bu zaman 10-FM-099-un sürücüsü dərhal 99-YP-274 ekipajına artıq onun toruna düşən maşının nömrəsini ötürür və A.Bakıxanov-Rəşid Behbudov küçələrinin kəsişməsində 10-FM-099 nömrəli avtomaşın üçün şərait yaradılır ki, YPX əməkdaşının əlindən «qaçsın». Bu zaman isə onunla birlikdə yarışan digər avtomaşın 99-YP-274 nömrəli ekipaj tərəfindən saxlanılır və avtoxuliqan kimi qeydə alınaraq maşın cərimə meydançasına aparılır. Beləliklə də, səhərə kimi bu proses təkrarlanır. Səhər isə avtomaşının sahibi maşınını cərimə meydançasından çıxarmaq üçün 500 manat verməli olur».

Sadiq Həsənov aidiyyatı orqanlardan xahiş edir ki, bu məsələni araşdırıb müvafiq tədbirlər görsünlər.
Əlavə olaraq bildiririk ki, bu tipli şikayətlər artıq bir neçə ildir səslənsə də, Nəsimi DYPŞ ilə bağlı heç bir tədbir görülmür. Bir sürücünü «avtoş» kimi tora salıb tutmaq, 500 manat cərimə eləmək başqa bir işdir, amma bunun nəticəsində kiminsə qəzaya düşüb ölə biləcəyini, ömürlük şikəst qala biləcəyini də nəzərə almaq lazımdır. Yəni, əgər deyilənlər doğrudursa və ya sürücünü qızışdırıb hoqqabazlıq etməsinə DYP əməkdaşı az da olsa şərait yaradırsa, bu, çox biabırçı haldır və dərhal qarşısı alınmalıdır. Eyni zamanda, belə sürücüləri də cəzasız buraxmaq olmaz. Çünki öz idarəsinin yox, başqasının təsiri altında sükan arxasına əyləşən insanlardan hər nə desən gözləmək olar. Yəni, kiminsə göz-qaşı ilə «avtoş»luq edənin şüurunun normal olduğu şübhə altındadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam