Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Deputatdan DYP-ə sərt ittiham

"Xeberinfo.com":“Qanunda hər bir dövlət nömrə nişanın qiyməti açıq yazılıb. 001-009 nömrələri həriflər eyni olduqda 2500, fərqli olduqda 1500, 100-900 nömrələri həriflər eyni olduqda 1500, fərqli olduqda 1000, 111-999 nömrələri isə həriflər eyni olduqda 1000, fərqli olduqda isə 500 manat dəyərində müəyyənləşdirilib. Bütün bunlar “Yol hərəkəti haqqında” qanunda öz əksini tapıb. Qalan nömrələrin hamısı 22 manat təşkil edir

Bu fikirləri Milli Məclisin deputatın Rafael Cəbrayılov avtosfer.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, qanunda açıq şəkildə yazılıb ki, bu nömrələr Dövlət Yol Polisi İdarəsinin rəsmi internet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində rahat görünə biləcək yerlərdə tablolaroda yazılıb vurulmalıdır. “İnsanlar da sərbəst şəkildə seçim edib, dövlət rüsumunu banka ödəməklə istədikləri dövlət nömrə nişanını alıb öz avtomobillərinə vura bilərlər. Amma əfsuslar olsun ki, bu gün bu sahədə açıq bazardır. Mən bunu deməkdən çəkinmirəm, bu gün dövlət nömrə nişanları bazar qiymətləri ilə satılır”.

Deputatın sözlərinə görə, düzdür, iqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma bu o demək deyil ki, yol polisi həmin nömrələri bazar iqtisadiyyatının qaydalarını təqdim etməklə bazar qiymətinə və yaxud, qara auksiona çıxarıb satmalıdır: “Təəssüf ki, bu, reallıqdır və baş verir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam