Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abbas Abbasovla Jirinovski davasının sirri nədir?

 

      "xeberinfo.com": Son vaxtlar “Azerros”un fəxri prezidenti, Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla Söyün Sadıqovun Jirinovskiyə qarşı başlanan hücumları, onu hətta məhkəməyə vermələri fonunda bu fotonun özü maraqlı və çox adamın bilmədiyi bir məqamdan xəbər verir. 
      Mənbənin dediyinə görə, Sadıqovla Jirinovskinin münasibətləri çox sıcaq olub. Demək olar ki, “Azerros”un təşkil etdiyi elə bir Novruz bayramı olmayıb ki, Jirinovski stolun başında oturmasın. Münasibətlərin korlanması isə 2005-ci ilə təsadüf edir.
     “Həmin il Moskva Şəhər Dumasına seçkilər keçirilirdi. Soyun Sadıqovun adı RLDP-nin partiya siyahısında ilk sıralarda olmalıydı. Bunun üçün Sadıqov Jirinovskiyə 400 min dollar ödəmişdi, Sadıqov bu barədə harda gəldi danışırdı və deputat seçiləcəyinə inanırdı. Sadıqov özündən başqa digər bir azərbaycanlı iş adamı, “ŞAQ+” şirkətinin sahibi Şamil Qurbanovun da təxminən o qədər pulunu alıb Jirinovskinin adından ona vəd vermişdi. Amma seçki ərəfəsində məlum oldu ki, Sadıqovun və Qurbanovun adları ümumiyyətlə RLDP-nin seçki siyahısında yoxdur. Jirinovski bu addıma məcbur olduğunu deməklə yanaşı, pulları yaxın ayda qaytaracağına söz vermişdi. Amma o ay-bu ay, düz 9 ildir ki, pullar qaytarılmır. Sadıqov isə ara-sıra Jirinovskinin hərəkətləri barədə sərt bəyanatlar veməklə Vladimir Volfoviçə təsir etmək istəsə də, Jirinovski də dinc dayanmır. Ara-sıra azərbaycanlıların əleyhinə bəyanatlar verəndə yenidən Sadıqovun qəzəbinə gəlir”.
       Mənbəmizin məlumatına görə, Qarabağa görə  Sadıqovun Jirinovskiyə qəzəbli olması barədə deyilənlər yalnız görüntüdür: “Belə olmasaydı, Söyün Sadıqov Beynəlxalq Qarabağ Fondu kimi bir qurumu bağlamaz, Rusiya Ədliyyə Nazirliyində qeydiyyatını ləğv etdirməzdi. Onu sadəcə verdiyi paralar düşündürür”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam