Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Abbasov-Sadıqov qarşıdurmasının yeni detalları

 

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti – “Azerros”da çat özünü açıq şəkildə biruzə verir. 
"Xeberinfo.com":  Məlumata görə, yanvarın 17-də qurumun fəxri sədri Söyün Sadıqov Ağsaqqallar Şurasının sədri Abbas Abbasova qarşı çıxaraq növbədənkənar qurultay keçirtdi. Qurultayda Abbasovun adamı olan Asif Məhərrəmov prezidentlikdən uzaqlaşdırıldı. 
 
Söyün Sadıqovun keçmiş silahdaşı Abbasova qarşı çıxması haqda artıq yazmışıq. Burda əsas səbəb Sadıqovun Rusiya prezidenti yanında Millətlər Şurasından uzaqlaşdırılmasında ikincini günahlandırması ilə başlayıb. Hər şey martın 6-da Abbasovun keçirəcəyi qurultaya bağlıdır. Əslində həmin tarixdə Abbasovun digər qrupu qeyri-legitim elan edəcəyi indidən bəllidir. 
Dünən “Yeni Müsavat”  qəzetində yayılan məlumat  Abbasov-Sadıqov qarşıdurması fonunda diqqət çəkdi. Qəzet Sadıqov qrupunun Rusiya prezidenti Vladimir Putinə müraciət etməyə hazırlaşdığını yazıb. 
“Azərbaycanlılar mövcud durumla bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlamağa, bu müraciətdə təşkilat və diaspora daxilində “Rusiyanın imicinə xələl gətirən” konfliktin mahiyyətini onun diqqətinə çatdırmağa hazırlaşırlar” - deyə qəzetə danışan mənbə bildirib.
Publika.az “Azerros”-a yaxın mənbədən bu məsələni və qurumdaxili qarşıdurmadakı son prosesləri dəqiqləşdirməyə çalışıb.
Mənbə Söyün Sadıqov və qrupunun Putinə müraciət hazırladığı xəbərini təsdiq edib: “Hətta müraciətdə “baş verənlər Rusiya azərbaycanlılarının Vladimir Putinə olan inamına zərbə vura bilər. Bu zərbə hökumətin inandığı adamlar tərəfindən endirilə bilər” sözləri yazılıb. Sadıqov müraciətdə Vladimir Putinə olan inamı və vaxtilə Rusiya maraqları naminə göstərdiyi xidmətləri sadalayıb. Lakin o, prezidentin Abbasovla müqayisədə ona inanmayacağını yaxşı bilir. Digər tərəfdən, əsas sual budur: “Putinin yaxın adamları belə bir müraciətin ona çatmasına imkan verəcəklərmi?” Müraciətdə “Bu zərbə hökumətin inandığı adamlar tərəfindən endirilə bilər” sözləri Putinin Abbasova dəstək verən yaxın ətrafına işarədir. Onlar müraciətin ünvana çatacağı təqdirdə, Rusiyanın birinci şəxsinin bundan xəbər tutmasını istəyərək bu sözləri yazıblar”.
Mənbə Rusiya Federasiyasının Abbas Abbasov kimi varlı və müəyyən xidmətləri olmuş adamdan vaz keçəcəyinə inanmır. Onun sözlərinə görə, Söyün Sadıqov artıq Putinin etibarlı təmsilçisi imtiyazından məhrum olub: “Lakin o, müxtəlif yollarla Kremlin gözünə girməyə çalışır”.
Mənbə Abbasovun olduqca güclü olduğunu xüsusi vurğulayır.
“Asif Məhərrəmovun onun yanında olması gücünə əlavə güc qatır. Məhərrəmov Rusiya Daxili İşlər Nazirliyinin polkovniki olub. Vaxtilə Moskva ətrafı rayonlardan birində yerləşən 6 saylı Polis İdarəsinin rəisi idi.  Sistemdə kifayət qədər tanıdığı adam var. Yanvarın 17-də keçirilən qurultaya polisin müdaxiləsi də onun əli ilə olmuşdu. Bu, Abbasovun Sadıqova nisbətən hüquq-mühafizə orqanlarına daha yaxın olması deməkdir” - deyə məlumatda bildirilir.
Ən ilginc məqamsa Kremlin Abbasovu dəstəklədiyi halda, Sadıqov qrupunun növbədənkənar qurultay keçirməsinə imkan verməsidir. Publika.az-ın yaydığı məlumata görə, qurultay zamanı elektriklər kəsilib, polis tədbirə müdaxilə etmək istəyib (http://publika.az/p/61452). Buna baxmayaraq, tədbir baş tutmuş hesab edilir. Görünür, son anda Kremldən “stop” əmri verilib. 
Mənbə Kremlin seyrçi mövqeyi ilə bağlı maraqlı məlumat açıqlayıb. 
“Əslində “Azerros”un bölünməsi ümumi mənada Moskvaya xeyirdir. Söyün Sadıqova sona qədər maneə yaradılmaması da bununla bağlıdır. Çünki Abbasov Kremlə nə qədər yaxın olsa da, Rusiyadakı azərbaycanlılara onun təkbaşına nəzarət etməsi sərf etmir. Buna görə də Moskva özünün yaratdığı “Azerros”u Sadıqovun parçalamasına göz yumur. Sadıqov qruplaşması zəif olmasına baxmayaraq, təşkilatı yarımcan etməyə yetərli olacaq. Qurum parçalanacaq və heç bir tərəf güclənə bilməyəcək. Daim bir-birinə qarşı ittihamlar irəli sürəcək, hər biri digərindən daha güclü olmaq uğrunda mübarizə aparacaq. Moskvanın ssenarisi belədir”, - məlumatda qeyd edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam