Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Azerros”a qayıtmaq istəmirəm”

 

“Azerros”un fəxri sədri Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlər Şurasından istefa verməsi ilə bağlı danışıb.

 

"Xeberinfo.com":  Məlumata görə, S.Sadıqov Publika.az-a açıqlamasında deyib ki, Rusiya Prezidenti yanında Millətlər Şurasında yer alan bir neçə şəxsin azərbaycanlılarla bağlı fəaliyyəti onun xoşuna gəlməyib: “Bilirsiniz ki, bu il yanvarın 17-də “Azerros”da növbədənkənar qurultay keçirilib. Həmin qurultayın fəaliyyətinə isə kənar müdaxilə olunub. Bu müdaxilədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi günahkardır. Çünki bu qurumlar yanvarın 17-də keçirilən qurultaya müdaxilə edib. Bundan əlavə, digər günahkarlar Dağıstanın sabiq prezidenti Maqomedsalam Maqomedov, Vasili Mixayılov və digərləridir. Əsas günahkarlar bunlardır. Hazırda əlimdə konkret faktlar olmadığı üçün bu barədə çox geniş danışa bilmirəm. Ancaq araşdırma gedir. Rusiya prezidenti Vladimir Putinin bunlardan xəbəri olmayıb. Mən ötən gün Putinə məktub yazmışam və baş verənlər barədə ona məlumat vermişəm”.

 

S.Sadıqov “Azerros”a bir daha geri qayıtmaq istəmədiyini də söyləyib: “Mən bu cəmiyyətdə 14 il oldum, bu mənə bəs edir. Fəal cavanlar çoxdur, bundan sonra da onlar iştirak etsinlər. Mənim əsas məqsədim odur ki, daxildəki bu münaqişələri bitirim və təşkilat dağılmasın. Bunun üçün də qurultay keçirilməlidir. Artıq 1,5 ildən çoxdur ki, bu qarşıdurma davam edir. “Azerros”da münaqişəni Asif Məhərrəmov yaradır”.

 

Xatırladaq ki, yanvar ayının 17-də “Azerros”da Sadıqov qruplaşması növbədənkənar qurultay keçirərək, Abbas Abbasovun adamı olan Asif Məhərrəmovu postundan uzaqlaşdırıb. Həmçinin Abbas Abbasovun sədri olduğu Ağsaqqallar Şurası da ləğv edilib.

 

A.Abbasov isə bu qurultayın nəticələrini tanımayıb. O, mart ayının 6-da “Azerros”un qurultayını təyin edib. Hazırda “Azerros” Abbasov və Sadıqov qruplaşması olaraq iki hissəyə ayrılıb. Moskvanın Abbasova dəstək verdiyi deyilir. Sadıqovun keçirdiyi qurultaya polis müdaxiləsinin də Abbas Abbasov tərəfindən sifariş olunduğu iddia edilir.

 

Bu gün isə Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlər Şurasının iclasında bəyanat verərək qurumdan getdiyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam