Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

“Ştutqart” necə "Şassi olub?- Nəriman Əliyev 30 milyonluq biznesi ələ keçirib -İDDİA

“Ştutqart” necə "Şassi olub?-
Son günlər Sumqayıtda bir meyvə satıcısının malının haqsız şəkildə əlindən alınması ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi rezonans doğurdu. Bu hadisə bir daha göstərdi ki, problem təkcə “balaca məmur” məsələsi deyil. Əsl problem daha dərinlərdə, böyük məmurların toxunulmazlığına çevrilmiş sistemdədir.

Yenixeber.org: Özünü “Ştutqart” mağazalar şəbəkəsinin sahibi kimi tanmınan keçmiş Masallı rayonundan millət vəkili olmuş Nəriman Əliyevin bacısı oğlu olduğunu yazan Parviz Abdullayev profilində maraqlı bir paylaşım edilib.
O qeyd edib ki, dayısı Masallı rayonundan millət vəkili olmuş Nəriman Əliyev onun əziyyətlə qurub yaratdığl şirkətləri onun əlindən alıb.
Bu gün ölkədə elə bir mühit formalaşıb ki, istənilən sahibkarın qurub yaratdığı biznes bir anın içində əlindən alına bilər. Hara müraciət edirsən et, əksər hallarda nəticə dəyişmir. Bəzən isə şikayət edən tərəf özünü şərlənmiş, təzyiq altında görür.
P. Abdullayev iddia edir ki, 25–30 milyon manat dəyərində olan “Ştutqart” mağazalar şəbəkəsi və ona bağlı digər biznes strukturları keçmiş Masallı rayonundan millət vəkili olmuş Nəriman Əliyev tərəfindən qanunsuz şəkildə ələ keçirilib. Bildirilir ki, bu prosesdə müxtəlif qurumlara müraciətlər edilsə də, məsələ rüşvət və təsir mexanizmləri ilə ört-basdır olunub.
İddia müəlliflərinin sözlərinə görə, Nəriman Əliyev arxasında bir neçə yüksək vəzifəli məmurun dayandığını açıq şəkildə bildirir və bunu toxunulmazlıq kimi istifadə edir. Hətta istənilsə, həmin adların da çəkilə biləcəyi qeyd edir.
Bu, ilk belə hal deyil. Bildirilir ki, əvvəllər də müxtəlif biznes strukturlarının bu üsulla ələ keçirilməsi halları olub. Hətta bir İranlı şəriklə bağlı yaşanan hadisələrin faciə ilə nəticələndiyi iddia edilir. Bu gün isə oxşar ssenari başqa sahibkarların başına gətirildiyi vurğulanır.
Xüsusilə qeyd olunur ki, “Ştutqart” adı təsadüfi seçilməyib, bu adın arxasında böyük planlar və illərin zəhməti dayanıb. Lakin şəbəkə tam nəzarətə götürüldükdən sonra ad dəyişdirilib və əvvəlki sahiblər tamamilə kənarlaşdırılıb.
İddia müəllifi yazır ki, məsələni indiyə qədər səbir və hüquqi yollarla həll etməyə çalışıblar. Lakin nəticə olmadığı üçün artıq ictimailəşdirmə yoluna üstünlük verilir. Açıq şəkildə vurğulanır ki, bu mübarizə dayandırılmayacaq, nə bu nəsildə, nə də sonrakılarda.
“Biz İranlı deyilik ki, susub kənara çəkilək” deyə vurğulayan tərəf bildirir ki, məsələ həll olunmazsa, beynəlxalq müstəviyə çıxarılacaq və baş verənlər xaricdə də ictimailəşdiriləcək.
Qeyd edək ki, əvvəllər “Ştutqart” mağazalar şəbəkəsinin sonradan adını dəyişərək "Şassi" qoyulub. Bu şəbəkə Masallı rayonundan millət vəkili olmuş Nəriman Əliyevin adı ilə bağlanıb.(Bizimesr.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam