Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür –DE-FAKTO

“Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür – Video

“Balakhani Operating Company” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayon sakinlərini məhkəmə qapılarında qoyub.

Yenixeber.org: Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company” şirkətinin Azərbaycandakı filialının qarşıdakı 1 ay ərzində Sabunçu rayonunda 16 məhkəmə işi var. Bu proseslərin hamısında iddianı “Balakhanı Operating Company” qaldırıb. Şirkətin qaldırdığı iddialarda işin mahiyyəti qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasıdır.
Prosesdə cavabdeh tərəf kimi iştirak edən sakinlərin adları açıqlanmır. 16 işin hər biri Sabunçu rayon Məhkəməsindədir. Proseslərdən biri bu gün baş tutacaq. İş hakim Şəbnur Qədirovanın icraatındadır.

Qeyd edək ki, bu, “Balakhanı Operating Company” şirkətinin vətəndaşlarla olan ilk məhkəmə çəkişməsi deyil. Bu proses 2 ildən artıqdır ki, davam edir.

Narazılıq yaradan bu şirkətin fəaliyyətini millət vəkili Razi Nurullayev də çıxışlarının birində sərt tənqid etmişdi. Deputat çıxışı zamanı bildirmişdi ki, bu şirkət dövlətə deyil, ancaq öz cibinə xidmət edir.
R.Nurullayev şirkəti xalqın sərvətini oğurlamaqda ittiham edərək bu sözləri bildirmişdi:
“Bu şirkətlər dövlətə ziyan vurur, oğurluq işlərlə məşğuldurlar, müxtəlif maxinasiyalar edirlər. Onlara bu səlahiyyətləri kim verib?. Dövlətin qanunlarını pozurlar bu şirkətlər. Əməlləri sıfır. dib. Deputat bildirib ki, bu şirkətlərin nə işlə məşğul olduğu məlum deyil”.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.(tribuna.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam