Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov milyonluq obyekt inşa etdirdi -FOTO

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov Nizami rayonunun Bəkir Çobanzadə küçəsi, giriş 312 ünvanında yeni obyekt inşa etdirib.
Yenixeber.org: İki mərtəbədən ibarət olan obyektin ümumi sahəsi 324 kvadrat metrdir.
Obyektin real bazar dəyərinin 1.5-2 milyon manat civarında olduğu deyilir.
Qeyd edək ki, Eldar Şirinovun adına xeyli sayda şirkətlər təsis edilib.
Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun "ENS İnşaat-E” MMC-nin təsisçisi olduğunu göstərir. "ENS İnşaat” MMC isə onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: "N Qardaşları” MMC (24.09.2004) və Müstəqil "Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. "Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.
Yerli mediada yazılan xəbərlərdə bu şirkətlərin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifarişçi olduğu smetası milyonlarla ölçülən satınalmalarda qalib elan edildiyi vurğulanır.
"ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verilib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. "Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqavilə verilib.
Bakı şəhər İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddialara cavab verməyib.(qlobal.az)
Cahandar Laçınlı
