Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İcra başçısının müavini özünü niyə reklam edir?- Yeni vəzifəyə hazırlaşır-FOTOLAR

İcra başçısının müavini özünü niyə reklam edir?- Yeni vəzifəyə hazırlaşır-İDDİA
Son günlər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundovanın sosial şəbəkələrdə fəallığı ictimaiyyətin diqqətini cəlb edir.
Yenixeber.org: Xanım müavin şəxsi “Facebook” və “Instagram” səhifələri yaradaraq müxtəlif görüş və tədbirlərdə çəkilmiş fotolarını paylaşır. K.Axundova hətta həmin paylaşımları ödənişli reklama belə çıxarır.

Könül Axundovanın bu davranışı cəmiyyətdə xeyli sual və müzakirələrə səbəb olub. Çünki Suraxanı Rayon İcra Hakimiyyətinin, rayonun başçısının rəsmi səhifələri var və rayonda keçirilən bütün tədbirlər bu səhifələr vasitəsilə kifayət qədər işıqlandırılır.

Bu halda dövlət qulluqçusu, işi sırf lokal səviyyədə vətəndaşlara xidmət etmək olan olan bir məmur niyə özünü sosial mediada ödənişli əsaslarla reklam etsin ki?

Editor.az-ın bu xüsusda araşdırmasına görə, Könül Axundovanın bu addımı təsadüfi deyil. İddialara əsasən o, yaxın vaxtlarda sosial siyasət sahəsində fəaliyyət göstərən dövlət qurumlarından birinə sədr müavini postuna gətirilə bilər. Buna görə də müavin artıq indidən şəxsi fəaliyyətini geniş formada təqdim etməyə, özünü ön plana çıxarmağa çalışır.

Qeyd edək ki, Könül Axundova keçmiş başçı Əziz Əzizovun dövründə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

K.Axundova bu təyinata qədər Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.

//Mahir Ağa, Editor.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam