Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ailə təsərrüfatı"na çevrilən neft şirkəti

 

Rövnəq Abdullayevi kim “od”a atdı?

Bir adama 10 vəzifə verəndə, neft şirkəti ailə təsərrüfatına çevriləndə nəticə belə də olmalıydı

Xeberinfo.com:  Günəşli” yatağında baş vermiş yanğın hadisəsi ölkəni silkələdi. Məlum olan budur ki, 32 nəfər neftçi həyatını itirib. Həlak olanlar haqqında yayılan məlumatlar, ailə üzvlərinin ah-naləsi vədigər məqamlar insanı sarsıldır. Təbii ki, müzakirələr yalnız bir istiqamətdə getmədi vəbaş verənlərə görə məsuliyyət daşıyanların cəzalanması gündəmə gəldi.

Yəni, rəsmi təbliğat məsul şəxsləri qəhrəman kimi təqdim etməyə çalışsa da, ortaya çıxan suallar onu göstərdi ki, yeganə səbəb təbiətin şıltaqlığı deyilmiş. Çünki, 21-ci əsrdəyaşayırıq və havanın necə olacağı, küləyin saniyədə hansı sürətlə əsəcəyi, fırtına, qasırğa qopacağı əvvəlcədən məlum olur. Və bu məlumatlara əsasən insanların təhlükəsizliyi təmin edilir. Amma “Günəşli” yatağındakı yanğın öncəsi kəskin hava şəraiti ilə bağlı məlumatlar olsa da heç bir tədbir görülməyib.

Bütün bu məqamlar təbii ki, cinayət işinin açılmasını zəruri edirdi. Indi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyininəməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Təbii ki, əsas ittiham səhlənkarlıq, vəzifə səlahiyyətlərini icra edə bilməmək, təhlükəsizlik qaydalarına riayət olunmaması olacaq. Amma hər dəfə belə hadisələr baş verəndə hansısa qara fəhlənin, 10-cu dərəcəli məmurun cəzalandığını görürük. Hansıki, istənilən qurumda, dövlət strukturunda baş verən hadisələrə görə rəhbərlik cavabdehdi.

Bəs, ölkəmizdə bu sahəyə rəhbərlik edən şəxs haqqında nə bilirik. Deməli, Rövnəq Abdullayev ARDNŞ-nin prezidenti, millət vəkili, AFFA-nın prezidenti, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrəişçi qruplarının üzvüdür. Yəqin ki, dərinə getsək başqa vəzifələri də üzə çıxacaq. Üstəlik, sosial şəbəkələrdə yayılmış infoqrafikadan da görünür ki, Rövnəq Abdullayevinən azı 14 qohumu Neft Şirkətinin müxtəlif departamentlərinə rəhbərlik edir.

Bəli, Rövnəq Abdullayev qohum-əqrəbasını başına yığıb, dövlət təsərrüfatını şəxsi təsərrüfata çevirib. Görəsən, Rövnəq Abdullayev bu qədər vazkeçilməz şəxsdir ki, həm qanunvericiliklə, həm futbol sahəsi ilə, həm ölkə iqtisadiyyatının sütunu olan neft sahəsiylə məşğul olur?

Məsələ burasındadır ki, bu adamın nə Milli Məclisdə hansısa təklif verdiyini, nə futbol sahəsində uğurlara imza atdığını, nə də neft startegiyamızla bağlı ciddi fikirlərini görməmişik. Əksinə, nə vaxt mətbuata açıqlama veribsə, səsləndirdiyi fikirlər lətifəyəçevrilib. Sonuncu açıqlamasında isə erməni kilsələrinə pulsuz qaz verdiklərini və bunun tolerantlıq nümunəsi olduğunu söylədi. Təbii ki, qaza həsrət qalan 10 minlərlə ailə üçün bu xəbər də şok effekti yaratdı.

Demək istəyirik ki, neft şirkətinə rəhbərlik edən şəxsin tərcümüyi-halı göz qabağındadır. Nəhəng bir struktur ailə biznesinə çevrilib. Bu adam neft şirkətinin rəhbəri olmaqla yanaşı, 50 vəzifə daşıyır.

Belə olan halda ən böyük boşluğu, səhlənkarlığı, vəzifə səlahiyyətlərini icra edəbilməməyi də bu adama ünvanlamaq lazımdır. Bütün məsul vəzifələri bu adamın qohum-əqrəbası zəbt edibsə, baş vermiş yanğına görə məsuliyyətə cəlb olunmalı şəxslər də məhz bu səlahiyyətlilər olmalıdır.

Neftin milyardlarına sahib olduqları kimi, neftçinin həyatına da sahib çıxmalıydılar.Əvvəlcədən qasırğanın olacağı, işin davam etdirilməsinin təhlükə yaradacağı bəlli olubsa, niyə bu adamlar təxliyyə edilməyib, niyə iş dayandırılmayıb? Axı, hansısa qara fəhlə öz fəaliyyətlə məşğul ola bilməz, yaxud təhlükəli hava şəraitində işləməkdən zövq almaz.

Deməli, işi dayandırmalı, işçiləri sahilə çıxarmaq göstərişi verməli olan adamlar, fəaliyyətsizlik göstəriblər. Insan həyatı bu adamlar üçün o qədər dəyərsiz olub ki, ciddi siqnallara da oyanmayıblar.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam