Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neftçi ailələrindən etiraz

neftciler

Günəşli yatağındakı qəza zamanı itkin düşənlərin ailə üzvləri Prezident Adminstrasiyasının qarşısına toplaşdı

Xeberinfo.com:   Xəzərin “Günəşli” yatağındakı qəza zamanı itkin düşən neftçilərin ailə üzvləri və yaxınları Prezident Administrasiyası önündə etiraz aksiyası keçirirlər.

Itkin düşən neftçilərin ailə üzvləri axtarışların aparılması vəziyyətindən narahatdırlar. Onların fikrincə, axtarış getmir, belə axtarışla hansısa nəticəyə nail olmaq mümkün deyil.

“Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir. Sorğularımıza cavab ala bilmirik, ona görə də ümidimiz dövlət başçısı Ilham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb”, – deyə ailələrdən birinin nümayəndəsi bildirib.

Aksiya iştirakçıları axtarışların sürətləndirilməsini, itkin düşən neftçilərin cəsədlərinin tezliklə tapılmasını istədiklərini bildirirlər. Itkin düşən neftçilərin ailələrinin məqsədi Prezident Administrasiyasında məsullarla görüşmək və axtarış sahəsində irəliləyişə nail olmaqdır.

2015-ci il dekabrın 4-də “Günəşli” yatağında yanğın baş verib. Bu zamanı 64 nəfərdən 34 nəfər xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. 17 neftçi hələ də itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam