Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu -DE-FAKTO

Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO

Elm və Təhsil Nazirliyi “Study in Azerbaijan” layihəsi çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinə əcnəbi tələbələrin cəlb edilməsi üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 25.11.2024-cü ildə “Lumos Consulting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 100.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Yenixeber.org: Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Satınalma Komissiyası  “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.

Göründüyü kimi Elm və Təhsil Nazirliyi xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, çəmi5-6 ay əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır.  Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun meyarı tələbləri ilə üst-üstə düşürmü?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “LUMOS CONSULTİNG SERVİCES”  (VÖEN: 1703785571) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.05.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİ QURBAN ABBASOV, ev 5, qanuni təmsilçisi kimi isə Qasımov Adil Faiq oğlu qeyd olunub. Reyestr məlumatlarında MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi kimi Məcidov Nihat Sərvan oğlu göstərilir.

Bəs Nihat Məcidov kimdir? Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə 2024-cü ilin iyulunda “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru vəzifəsinə təyin etdiyi şəxs. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Əminağa Sadıqov yeni baş direktoru kollektivə təqdim edərkən o, yeni vəzifəyə təyinatına görə elm və təhsil naziri cənab Emin Əmrullayevə göstərilən etimada görə minnətdarlığını bildirərək, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Nihat Məcidov 1999-cu ildə Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə ADA Universitetində təhsil alıb, bakalavriat səviyyəsini iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2019-2024 illər ərzində EY, Procter & Gamble, KPMG, McKinsey & Company şirkətlərində müxtəlif vəzifələrdə işləyib. 2024-cü ilin yanvar ayından etibarən son təyinatadək SABAH.HUB innovasiya mərkəzində strategiya və layihələrin idarə olunması şöbəsinə rəhbərlik edib.

Görsənən odur ki,“Lumos Consulting Services” MMC bundan sonra Elm və Təhsil Nazirliyindən hələ çox tenderlər udacaq, Nihat Məcidov da təsisçisi olduğu MMC ilə Emin Əmrullayevin etimadını doğruldacaq.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam