Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

İsmayıllıda nə baş verir? -ARAŞDIRMA

nahid-mahmud

Başı fermerlə məhkəmə intriqalarına qarışan başçı Nahid Bağırovun ətrafı həbs edilib, Baş Prokurorluğun xüsusi istintaq qrupu yoxlamalara başlayıb...

Yenixeber.org: ...Ölkənin media qurumlarının yaydığı məlumatlara istinad etsək, bəlli olur ki, İsmayıllı şəhərinin icra nümayəndəsi Əlişir Süleymanovun və rayonun Diyalı bələdiyyə sədri vəzifəsini icra edən sədr müavini Cahangir Surxayevin saxlanılması Nahid Bağırovun karyerası üçün ciddi təhlükəyə çevrilib. Belə ki, bu ilin sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətindən redaksiyamıza verilən məlumatlardan bəlli olurdu ki, İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sitat: “...İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Doğrudanmı Nahid Bağırovun xəbəri olmayıb ki, İsmayıllı RİH Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi nə işlərlə məşğul idi???

Qeyd edək ki, hər iki vəzifəli şəxs barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

 ...Nahid Bağırova gəlincə, İsmayıllının icra başçısı vəzifəsinə 2020-ci ildə təyin edilib. Bir neçə ay sonra "restoran qalmaqalı" ilə gündəmə gəldi. Amma onun cavan və təcrübəsiz olması nəzərə alınaraq çox da dərinə gedilmədi, yalnız günahını Prezident İlham Əliyev sərəncamı ilə verilən töhmətlə yumalı oldu... Və Sərəncamda deyilirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.

***

...Nahid Bağırov 5 ildir İsmayıllıya başçılıq edir. Bəs bu illər ərzində onun başçılığı nə ilə yadda qalıb? Yadda qalan məsələlər var. İkisini biz bilirik: biri odur ki, 5 ildir İsmayıllıda taxıl əkini ilə məşğul olan əliqabarlı fermer Teyyub Abdullayevlə məhkəmə intriqalarındadır! İkincisi isə, adamın İsmayıllı kimi bir rayona heyifi gəlir, o da odur ki, iki həftə əvvəl Nahid Bağırovun ətrafı həbs edildi!!!

Bəli, görünən odur ki, Nahid Bağırov ötən 5 il ərzində töhmət Sərəncamından da nəticə çıxarmadı, heç bir təcrübə toplaya bilmədi... Amma başqa sahədə, yuxarıda qeyd etdik, yaxşı “təcrübə” yığıb. Məsələn, İsmayıllıda ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə dəstək vermək, əl tutmaq əvəzinə, onların ayağından ikiəlli dartmaqla məşğuldur. 

Yeri gəlmişkən, Şəki İnzibati Məhkəməsi Nahid Bağırovun barəsində sensasion qərar qəbul etdi və başçının fermer T.Abdullayevin taxıl əkini sahəsini əlindən alıb başqasına vermək Sərəncamını özünə də ləğv etdirdi! Bu, əslində, başçı səviyyəsində qazdığın çalanı özünə də doldurtmaq demək idi.

Keçmişə qısa ekskursiya edək: Şəki İnzibati Məhkəməsi elə məhkəmənin hazırlıq iclasındaca Abdullayev Teyyub Əli oğlunun iddiasını təmin etdi, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi! Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamına əsasən, sahibkar-əkinçi Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmişdi.

İsmayıllı RİH başçısı Nahid Bağırov isə hesab edirdi ki, Abdullayev Teyyub Əli oğlu guya ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar (faktiki olaraq 71 ha. Amma vergi 100 ha üçün ödənilib) torpaq sahəsindən “örüş” məqsədli olsa da, “əkin” kimi istifadə edib, orda dəmyə taxıl əkib və qanunu pozub...

                 Bəs fermer qanunu nədə pozmuşdur?

 T.Abdullayevin “günahı” və “qanun pozuntusu” ondan ibarət imiş ki, o, ona 25 illiyinə icarəyə verilmiş dəmyə torpaq sahəsində taxıl əkib. Hansı ki, o, ötən 19 il ərzində torpaq vergisini əkinə, yəni kənd təsərrüfatı məhsullarının istehsalına görə verib. Üstəlik, onun bütün sənədlərində açıq-aydın yazılıb ki, torpaq sahəsi T.Abdullayevə “Kənd təsərrüfatı məhsulları istehsalı”ndan ötrü verilib... Dedik axı, İsmayılının gənc və cavan icra başçısı Nahid Hacıyev hələ təcrübəsizdir, ona görə də  həmin icarə müqaviləsinin ləğv olunması barədə Sərəncam verəndə araşdırmayıb ki, ona təqdim edilən Sərəncam layihəsi nə dərəcədə əsaslıdır.

Yəni, əkinçi-fermer T.Abdullayevlə icarə müqaviləsi imzalananda, Dövlət Aktı tərtib ediləndə və s. ona hansı şərtlərlə torpaq verilib: əkin üçün, yoxsa qoyun otarmaq üçün??? Bunu öyrənmək doğrudanmı çətin idi.

İcra başçısının müavini Mahmud Süleymanov gənc və təcrübəsiz Nahid Bağırovu necə aldadıbmış???

 T.Abddulyev hələ o vaxt məhkəmədə hakimə görün nə demişdi: “Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz, yəni pul verməlisiniz... Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul idim. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə... şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobilimi də vermişəm...

tey-7

Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir... Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, baş üstə, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər. 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüseynova zəng etdim ki, siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm. Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir... Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verib”.

***

...Bunları niyə xatırlatdıq: İsmayıllının icra başçısı Nahid Bağırov gənc və təcrübəsiz olduğundan 4-cü dəfədir fermer Teyyub Abdullayevin 22 ildir buğda əkdiyi və 28 illik icarəsində olduğu əkin sahəsində yaratdığı problemləri məhkəmədə çözülür. Məhkəməni 4 dəfədir fermerə uduzan icra başçısı gərək sakitcə səhvini analiz edə... Amma o səhvlərindən nəticə çıxarmaq fikrində deyil. Çünki, açıq deyirik, vəzifədə yerində deyil! Olsaydı, Prezident İlham Əliyevin tövsiyyəsi ilə dövlətdən bir manat belə maddi kömək almadan dəmyə buğda əkən fermerə neçə ildir badalaq vurmazdı. Hansı ki, bu badalaq dövlətimizin ərzaq təhlükəsizliyinə vurulur... Təkcə son 2 il yarımda 6 dəfə məhkəmədə müxtəlif yerli sakinlərə uduzan icra başçısının İsmayıllıda nə etmək  istədiyi bəlli deyil. Amma bəlli olan budur ki, hazırda İsmayıllıda bələdiyyə seçkilərinə hazırlıq gedir. O isə ətrafını yığıb tapşırır ki, siyahı gətirin görək kimləri bələdiyyələrə təyin edə bilirik...

Gülməlidir! Deyəsən, gənc və təcrübəsiz başçının ətrafındakıların iki həftə əvvəlki həbsindən də xəbəri yoxdur...(“Təzadlar”)

Mövzuya qayıdacağıq!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam