Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

34 YAŞINDA MAYOR RÜTBƏSİ, QISA MÜDDƏTDƏ “TOPDAĞITMAZ” SƏRVƏT ƏLDƏ ETDİ – Şəmkir Polis Şöbəsinin əməkdaşı haqda şok iddialar /FOTOLAR

34 YAŞINDA MAYOR RÜTBƏSİ, QISA MÜDDƏTDƏ “TOPDAĞITMAZ” SƏRVƏT ƏLDƏ ETDİ –
“Daxili İşlər Nazirliyinin (DİN) Şəmkir rayon Polis İdarəsinin Maliyyə şöbəsinin rəisi Sabirov Sabir Elbar oğlu az müddətdə “topdağıtmaz” sərvətə sahib olub”.
Yenixeber.org: Redaksiyamıza bu haqda məlumat verən mənbə iddia edir ki, S.Sabirov 34 yaşına çatar-çatmaz mayor rütbəsini də sahib olduğu sərvət hesabına ala bilib: “İndi polislər var ki, mayor rütbəsinə layiq olsa da, hətta böyük sücaət göstərsə belə, az müddətə, yəni 34 yaşına qədər bunu ala bilmirlər. Bu maliyyəçi isə hal-hazırda Gəncədə, İsmət Qayıbov küçəsi 154-də özünə möhtəşəm qəsr də tikdirib.
Bundan əlavə, onun İzan küçəsində daha bir mülkü, ADAU-nun yeni tikilən binasında evi, Heydər Əliyev küçəsində yerləşən tikilidə daha bir evi, Bakıda bir neçə mənzil, hətta “Avtozavod” qəsəbəsində obyekti belə var.
Sual olunur, səhhətində ciddi problemi olan bir məmur bu qədər sərvəti DİN-də necə qazanır?!
Onu da qeyd edək ki, Sabir Sabirovun yeznəsi Məmmədzadə Elnur Əlxan oğlu da Bakı şəhər Dövlət Yol Polisində Kameralara nəzarət şöbəsində məsul vəzifədə çalışır. O da 34-35 yaşında mayor rütbəsi alıb. Çəkisi 150 kiloqramdan artıqdır ki, əskik deyil. Bəs, bu mayor polislər hər il Tibbi Komissiyadan necə keçirlər?!
Əgər DİN rəhbəri Vəlayət Eyvazov, yaxud da Hesablama Palatası Şəmkir Rayon Polis Şöbəsində maliyyə, audit yoxlaması aparsa, Sabir Sabirovun bu qədər sərvəti, bahalı markalı avtomobilləri hardan alması mütləq ortaya çıxacaq”.(hurriyyet.az)
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam