Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Adı korrupsiyada hallanan Naftalan bələdiyyəsi sədrini qoruyan kimdir? -İLGİNC FAKTLAR

bitmap-img6

Naftalan bələdiyyəsinin sədrinin adı korrupsiyada hallanır.
Yenixeber.org: Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.
Bu barədə bir neçə gün öncə ölkə məbuatı məlumat yayıb.
Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir.
Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Yayılan məlumata görə Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Naftalan şəhər bələdiyyəsinin sədri Elman Verdiyevdir. 
Qeyd edək ki, Elman Verdiyev hazırda da Naftalan Şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Onun nə qədər büdcə vəsaitini mənimsəməsi barədə Maliyyə Monitorinqi Mərkəzinin məlumatında açıqlanmır.
Onu da qeyd edək ki, Elman Verdiyev Naftalan şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzovun kadrlarındandır.
Vüqar Novruzov 2019-cu ildən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam