Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Süleyman Mikayılov Qızıldaşda daş-çınqıl qoymadı –FOTOLAR

bitmap-img6

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində hər gün yük maşınlarında çınqıl daşınır.
Yenixeber.org: Redaksiyamıza məlumat verən sakinlərin sözlərinə görə, gündə azı 200 yük maşını Qızıldaş qəsəbəsindən yola düşərək Şamaxı istiqamətinə yollanır.
Sakinlər iddia edirlər ki, Qaradağ rayon icra başçısı Süleyman Mikayılova aid şirkətin yük maşınları qəsəbənin daş-çınqılını hər gün istismar edərək satırlar. Belə ki, Şamaxı istiqamətində çəkilən yol üçün istifadəyə ehtiyac var deyə Qızıldaşın daş-çınqılı həmin əraziyə daşınır.
Ümumiyyətlə, daş-çınqıl yataqlarının istismarı qanunsuzluq faktıdır. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məsələni nəzarətə götürə bilər. Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən, şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir. Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir.(Tribunainfo)

    



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam