Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

JBR və Şeyx Zaiddə çoxsaylı mənzillər, İstanbulda klinika və daha nələr:Azərbaycandan milyonlar Dubay və İstanbula daşınır...  

JBR və Şeyx Zaiddə çoxsaylı mənzillər, İstanbulda klinika və daha nələr:Azərbaycandan milyonlar Dubay və İstanbula daşınır…   
Yenixeber.org: Son dövrlər adları tez-tez mətbuatda korrupsiya məsələlərində gündəmə gələn Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bu gün də qaz vurub qazan doldurmaqdadır. Bu şəxslərin istər ölkə daxilində tikintilərə icazə verərkən aldıqları rüşvət və ya MTK-lardan alınan mənzillər, istər müharibədə zərər çəkmiş bölgələrimizdə təmir-bərpa işlərində,  istərsə də işğaldan azad olunmuş torpaqlarımızda gedən  tikinti işlərində keçirilən dırnaqarası, öz yaxınlarına və ya elə öz şirkətlərinə verilən şifahi tenderlərdə əldə etdikləri milyonların aqibəti bilinməməkdədir.

Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir:

Son 6 ayda adlarıının hallandırıldığını görən məhşur “patriot” cütlük şəhid və qazi ailələrinə növbəylə mənzillərin verildiyi bir dövrdə MTK- lardan rüşvət olaraq mənimsədikləri mənzilləri dəyər-dəyməzinə satmağa başlayıblar.

Rüşvət olaraq əldə olunan milyonlar qeyri-rəsmi yollarla Dubaya və İstanbula aparılıb. on dövrlər demək olar hər bayram, hər həftə sonu Dubaya gedib-gələn ikili, Dubayın ən bahalı küçələri olan JBR və Şeyx Zaid – də yeni tikilən binalarda yaxınlarının adına çoxlu sayda mənzil alıb. Bir neçə ay əvvəldə ikilinin İstanbulun “Florya” adlanan ən bahalı yerində 16 mln dollara estetik klinika aldığı məlumatı mətbuatda öz əksini tapıb.

Maraqlısı odur ki, komitə sədri Anar Quliyev gedən bu prosesləri susqunluqla izləyir. Belə anlaşılır ki, Anaq Quliyev ya bu ikiliyə müqavimət göstərmək iqtidarında deyil, ya da baş verənlər hansısa şəkildə onun da maarqlaırna cavab verir.

Ramin Abdullayevlə Anar Quliyevin yaxınlığı Komitədəki hər kəs tərəfindən bilinir. Hətta belə bir fikir var ki, Ramini vəzifəyə Namiq Hümmətov gətirsə də, Ramin bir müddətdən sonra Anar Quliyevin yanında namiq Hümmətovla müqayisədə daha çox söz sahibi olub. Elə bunun nəticəsidir ki, Ramin Abdullayev dövlət pullarını qorxu-hürkü bilmədən talamaqda, Azərbaycanın pullarını Dubay və İstanbula daşımaqdadır.

Ümid edirik ki, əlaqədar qurumlar, xüsusilə də hüquq-mühafizə orqanları Ramin Abdullayevlə Namiq Hümmətovun qanunsuz əməllərini araşdıracaq, bu şəxsləri törətdikləri çoxsaylıq anunsuz əməllərə görə məsuliyyətə cəlb edəcəklər.(yenigundem)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam