Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Yevlaxda ticarət mərkəzi tikdirən Məzahir Səlimov məmur imiş -DE-FAKTO

bitmap-img6

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir. Bir çox məmurların qanunları tapdalayaraq korrupsiyadan qazandıqları pullar hesabına öz adlarına obyekt biznes sahələri yaratmaları artıq adi hal alıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə  belə məmurlardan biri də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovdu.
Aldığımız məlumata görə Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin hesabına əldə etdiyi pullarla xeyli sayda obyekt və mülklərə sahib olub. Belə mülklərdən biri də Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 522 kvadrat olan 2 mərtəbli obyektin tikintisinə icazə 2021-ci ildə verilib. Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 300 min manatdan çoxdur.  
Qeyd edək ki, hazırda Məzahir Səlimovun rəhbərlik  etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsi işğaldan azad edilmiş Qarabağ ərazilərində müxtəlif tenderlərin podrat  işlərini həyata keçirdiyi bildirilir.
Mövzu ilə bağlı araşdırmamız davam edir.(Azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam