Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyada Yaşayan Azərbaycanlı Iş Adamının Həyatı Təhlükədə Qod Nisanovdan Kömək Istəyir – FOTOFAKT

25 ilə yaxındır ki, Rusiya paytaxtı Moskva şəhərində yaşayan və orda iş adamı kimi tanınan Verdiyev Eldəniz Nəriman oğlu olduca çətin vəziyyətlə üzləşib.

Yenixeber.org xəbər verir ki, Bu barədə o, Azərbaycanın hüquq-mühafizə orqanlarına, eləcə də Moskvadakı “Food City” meyvə və tərəvəzin topdan satış bazarının sahibi, tanınmış iş adamı, əslən Azərbaycandan olan Qod Semyonoviç Nisanova müraciətində bildirib.


Eldəniz Verdiyev müraciətində olduqca dəhşətli məqamlara toxunub və araşdırılması vacib olan məsələlər barədə danışıb. Onun çıxışından məlum olub ki, “Food City” bazarında onun timsalında azərbaycanlı iş adamlarının bizneslərini mənimsəyən, onlara bilərəkdən problem yaradan kriminal ünsürlər fəaliyyət göstərirlər. Bu kriminal ünsürlərin fəaliyyətini dayandırmaq üçün azərbaycanlı iş adamlarının ümid yerlərindən birinə çevrilmiş, onlara iş imkanı yaratmış, bizneslərinin inkişafı üçün əlverişli şərtlər təqdim etmiş Qod Nisanovdan kömək istəyən Eldəniz Verdiyev bildirib ki, sözügedən bazarda Ramin Niyazov, Mahir Babayev kimi şəxslər cinayətkar əməllərinə müxtəlif don geyindirərək məhz Qod Nisanovun adından istifadə edirlər.


Belə ki, 2020-ci ildə bu şəxslər Moskvada Eldəniz Verdiyevə böyük problemlər yaradıb, özünün və ailəsinin həyatı ciddi təhlükə ilə üzləşib. İş adamı 2 ildən artıqdır ki, Ramin Niyazovun adamlarının təhdidi və təqib altında yaşayır. Onunla düşmənçilik aparan Niyazov Ramin Mübariz oğlunun atası Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən və “gəncəli qanuni oğru Mübariz” ləqəbi ilə tanınan Mübariz Niyazovdur:


“Ramin Niyazov mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb, indi isə hər vasitədən istifadə edərək məni məhv etməyə çalışır. Onun bu işdə əlaltısı isə sabiq polis əməkdaşı, polis orqanlarından xaric edilən Etibar adlı şəxsdir. Etibar polisdən qovulduqdan sonra Mokvaya gedərək Ramin Niyazovun kriminal dəstəsinə qoşulub. Dəfələrlə onun təhdidlərinə məruz qalmışam, məni hətta öldürməklə hədələyib. Onunla olan telefon danışıqlarımızı təqdim etməyə hazıram. Sifarişçi isə Ramin Niyazovdur. Məhz o, Etibarın əli ilə mənim meyvə bazasına girişimə qadağa qoydurub, ancaq bununla da kifayətlənməyərək daha sonra məni çay içmək adı ilə çağırıb bazanın zirzəmisinə saldırıb. 2 saata yaxın davam edən söhbətdən sonra bazanın zirzəmisindən məni tanınmış iş adamı İlham Rəhimovun kürəkəni olan Araz müəllim sərbəst buraxdırıb. Ramin Niyazov zirzəmidə saxlandığım müddətdə pasportumun surətini çıxartdıraraq Azərbaycana göndərib və hansısa vasitə ilə ölkəyə girişimə qadağa qoydurub. Bundan sonra isə həmin şəkli böyütdürərək bazanın ərazisində “Cinayətkarı axtarırıq” adı altında nümayiş etdirib”.
Beləliklə Eldəniz Verdiyevin həm həyatı təhlükə altına düşüb, həm də işgüzar nüfuzuna ciddi ziyan dəyib.
O, baş verənlərin bütün təfərrüatı ilə danışaraq iş adamlarına öz dəstəyini heç bir zaman əsirgəməyən, onların problemlərinin həllinə daim yardımçı olan Qod Nisanovdan kömək istəyib:
“Siz ədalətli rəhbərsiniz, sahibi olduğunuz meyvə-tərəvəz bazasında iş adamı kimi çalışdığım müddətdə bunun dəfələrlə şahidi olmuşam. Müraciətimin bir ünvanı olaraq Sizi seçməyim də təsadüfi deyil. Çünki mənim başıma gətirilən çirkin oyunlar, oğurluq sizin yaratdığınız, rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında baş verir, bu insanlar həm də Sizin böyük zəhmət hesabına qoruduğunuz nüfuzunuza ciddi ziyan vurmağa çalışırlar. Bu cinayətkar dəstə hazırda da Sizin rəhbəri olduğunuz ticarət bazasında məskunlaşıb və iyrənc əməllərlə məşğuldur. Onlar Sizin adınızdan sui-istifadə edərək iş adamlarını qorxudur, biznesini əlindən alır və ya təhdid yolu ilə bizneslərinə şərik olurlar. Bütün bunlardan xəbərdar olduğunuz təqdirdə iş adamlarının qəniminə çevrilmiş bu mütəşəkkil dəstəyə qarşı qanun çərçivəsində bütün zəruri tədbirləri görəcəyinizə tam əminəm.
Ramin Niyazov hər yerdə Sizin, Oleq Yusifobun adından istifadə edir və hətta Bakıda nüfuzlu bir orqanda mənimlə üzləşmədə də Sizinlə yaxın olduğunu iddia edib. Ramin Niyazov hətta “Pulum çoxdur, əlim hər yerə çatır” deyərək qanunsuz əməllərini vurğulamaqdan çəkinməyib.
Açıq şəkildə “Mənim arxamda Qod Nisanov dayanır, mənimlə heç kəs bacara bilməz” deyə iddia etdi. Başıma gələn bütün çirkin əməllər məhz onun əli ilə baş verib. Bu cinayətkar dəstə Sizin sahibi olduğunuz bazada qanunsuz əməllərlə məşğuldur, mənə çatacaq 3 milyon dolları açıq şəkildə mənimsəyir. Mən illərlə zəhmət hesabına əldə etdiyim vəsaiti onlardan ala bilmirəm”.


İş adamı bütün bu proseslərdə öz qohumu olan şəxslərin də iştirakçı olduğunu bildirib:
“2002-ci ildə öz qohumlarım Bəhram və Bəhruz Verdiyev qardaşlarını valideynlərinin xahişi ilə Moskvaya öz yanımda işləməyə aparmışam. Bu qardaşlar 17 il mənimlə birgə işləyiblər. 10 il maaş alaraq fəaliyyət göstəriblər, son 7 il Moskvada “Food Sity” açılanda onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar mənim onlara olan inamımdan sui-sitfadə edərək icarədən toplanan 2 milyon dollar pulu mənimsəyiblər. Özlərini sığortalamaq üçün Ramin Niyazovla əlaqə saxlayıblar. Ona isə tapşırıq Gəncə şəhərindən gedib. Belə ki, sabiq icra başçısı Elmar Vəliyevin baş mühasibi işləmiş Vəfa Məlikova Ramin Niyazova zəng edərək öz kürəkəni, mənim isə əmim oğlu olan Bəhman Verdiyevi “tapşırıb”, onu himayə etməsini istəyib. Bu zəngdən sonra Ramin Niyazov mənim əmim oğlu olan bu qardaşları yanına çağırıb və mənim müsibətli günlərim bundan sonra başlayıb. Mənə məxsus olan vəsaitin mənimsənildiyini, oğurlandığını bildikdən sonra qardaşlarla məsələni müzakirə etmək istədim. Onlardan topladıqları və mənə məxsus olan vəsaitin aqibətini soruşanda “meydana” Ramin Niyazov gəldi. Məlum oldu ki, Ramin Niyazov mənim öz şərikimə çevirdiyim əmim oğullarının əli ilə mənə çirkin plan qurub. Ramin Niyazov mənə güc tətbiq edərək 17 ilə qurduğum 3 milyon dollar dövriyyəsi olan biznesimi mənimsədi, oğurladı, mənə arxa çevirmiş və biznesimin oğurlanmasında Ramin Niyazova dəstək vermiş əmim oğullarını özünə məxsus olan 2/33 nömrəli anbara yerləşdirərək şərik etdi.

Mən, Ramin Niyazov və Oleq Yusufovun üçlükdə keçirilən 3-cü görüşündə də mən zirzəmiyə kimin göstərişi ilə salındığımı öyərnmək istədim. Oleq bu işdən qətiyyən xəbərdar olmadığına dair and içdi. O görüşdə Oleq mənim biznesimin məhz Ramin Niyazov tərəfindən mənimsənildiyini bildirdi”.

Eldəniz Verdiyev Moskvada “Food Sity”də iş adamlarına qənim kəsilən bu cinayətkar dəstəni durdurmağı xahiş edib. O, ümid etdiyini bildirib ki, Qod Nisanov bütün həyatı boyu böyük əziyyət hesabına əldə edilən vəsaitin oğurlanmasına, cinayətkar dəstə tərəfindən mənimsənilməsinə, beləliklə bütöv bir ailənin həm həyatı, həm də yaşayışının təhdid altına düşməsinə imkan verməyəcək:
“Ramin Niyazov mənim işlətdiyim anbarı məndən zor gücünə olaraq qatı dindar kimi tanınan Emin Cahangirova verib. Emin Cahangirov hazırda “vətən xaini” kimi həbs olunub. (Söhbət bu ilin yanvarında Azərbaycan mətbuatında barəsində “İranı təbliğ edən daha 2 nəfər həbs edildi – CASUS ŞƏBƏKƏSİ” başlığı ilə dərc olunan xəbərdə həbs edildiyi yazılan Emin Cahangirovdan gedir-red.)
O, Ramin Niyazovun ən yaxın adamıdır, indi Ramin etdiyi bütün cinayətkar əməlləri Emin Cahangirovun üstünə yıxmağa cəhd edir. Eminə və Mahirə aid səs yazılarında mənim biznesimi oğurlayan şəxsin məhz Ramin Niyazov oduğu deyilir. Bunu deyənlər Raminin ən yaxın adamlarıdır, İranda fəaliyyət göstərən “Hüseyniyyun” qatı dini qruplaşmaya mütəmadi olaraq maddi yardım edirlər, (Söhbət 2016-cı ilin əvvəlində Tohid İbrahimbəyli adlı azərbaycanlı radikal şəxsin İranın Qum şəhərində yaratdığı “Hüseyniyyun” qruplaşmasından gedir-red.), general Qasım Süleymani öldürüləndə bir il ona yas saxlayıblar. Bu pul köçürmələr də Əliyev Amid Musa oğlu vasitəsilə həyata keçirilib. Bütün bu cinayət əməllər məhz həmin meyvə-tərəvəz bazasında baş verir. Amid Əliyev hazırda həmin bazadakı 2/22 nömrəli anbarda oturur. Anbar qatı kriminal ünsür kimi tanınan Mahir Babayevə məxsusdur. Emin və Amid Ramin Nəzərova arxayın olaraq mənim anbarda qalan 100 min dollar dəyərindəki malımı sataraq mənimsəyiblər. Bu vəsaiti, anbara çəkdiyim 125 min dollar xərci də onlardan ala bilmirəm. Onu da xatırladım ki, Ramin Niyazov 7 il ərzində mənim istifadəmdə olan 2/22 nömrəli anbarı məhz sizin adınızdan istifadə edilərək yerin sahibi, kriminal ünsür Mahir Babayevdən hədə -qorxu yolu ilə alıb. İddia etdilər ki, əgər anbar hazırda həbsdə olan Emin Cahangirova verilməsə, yeri əlindən alacaqlar. Dediklərimi sübut edəcək səs yazıları var. Həmin səs yazılarında bu faktları məzh həmin şəxslər özləri təsdiqləyirlər. Mahir Babayev 90-cı illərdən qalan azsaylı kriminallardan biridir. Hazırda bazadakı 2/22 saylı anbar ona məxsusdur. Bu anbara çəkdiyim 125 min dollar xərci də ondan ala bilmirəm. Öz haqqımı istəyəndə məni güllələməklə hədələyir. Mahir Babayevin də öz kriminal dəstəsi var. Törətdiyi cinayət əməlləri barədə öz dili ilə etiraflara dair səs yazısı mövcuddur. Hətta bir danışığımızda Mahir Babayev mənə “Mənim çörəyimi oğurlasalar, mən “limonka”nı götürüb Oleq və Raminin başına ataram, onları da, özümü də öldürərəm” deyə “məsləhət” verir, məni cinayətə sövq edir. Mahir Babayev “vətən xaini” kimi hazırda həbsd olan Emin Cahangirovla çox yaxın münasibətdə olub, dəfələrlə İrana, Suriyaya, İraqa gediblər. Bu kriminallar Sizin bazanızdan bəhrələnərək “Hüseyniyyun” kimi radikal birləşmələrə maddi yardım göstərirlər”.
İş adamı əmindir ki, hüquq -mühafizə orqanları bu şəxslərin bu qədər silah-sursatı harda əldə edilməsini araşdırsa, ortaya bir çox dəhşətli faktlar çıxacaq.


Eldəniz Verdiyev bildirib ki, başına gətirilən bütün bu dəhşətli oyunlar Qod Nisanovun adından istifadə edən cinayətkar dəstənin əslində öz cinayətkar fəaliyyətinə başqa don geyindirməyə çalışmasıdır:
“Hörmətli Qod Nisanov!
Mən əminəm ki, uzun illər Rusiyadakı azərbaycanlı iş adamlarına hər cür dəstək verən, onların iqtisadi cəhətdən daha da möhkəmlənməsinə yardımını əsirgəməyən, daha yaxşı iş şəraiti yaratmaq üçün bütün imkanlarını səfərbər edən bir şəxs kimi Sizin adınızdan istifadə edilərək mənə qarşı törədilən çirkin əməllərin sahibləri qanun qarşısında cavab verəcəklər. Çünki söhbət təkcə mənim şəxsimdən getmir, mənim 17 illik əziyyətim bir qrup şəxs tərəfindən mənimsənildiyi kimi, işgüzar nüfuzum da ciddi zədə alıb. Hər şeydən əvvəl isə ailəm ciddi təhdid altındadır və mən əminəm ki, ailə dəyərlərinə hörmət edən biri kimi Siz bir insanın öz ailəsi ilə təhdid olunmasına imkan verməyəcəksiniz”. (Xəbəral.az)

Qarşı tərəfin mövqe haqqını tanıyır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam