Şəmsi Səmədzadə, böyük qardaşlar nəinki sənə dəstək, heç salam verməzlər...
Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadənin sosial şəbəkələrdə yayılan biabırçı videosu neçə gündür ki, ölkə mediasının gündəmindən düşmür.
Yenixeber.org: İlk öncə onu qeyd edək ki, bizim bir media olaraq kiminsə dalı, qabağı, yaxud ağzı ilə zərrə qədər problemimiz yoxdur.
Amma yaxşı olar ki, hər kəs öz dilinə, ağzına, hətta dalına nəzarət etməyi bacarsın. Yoxsa...
Belə biabırçı videolar yayılandan sonra kimlərsə bir-birini ittiham etməyə başlayacaq, necə deyərlər at izi it izinə qarışacaq.
Məlumdur ki, bu biabırçı videodan sonra Şəmsi Səmədzadə, onun qardaşı və yaxınları bu videonun montaj-şantaj olduğunu xüsusi olaraq vurğulayırlar. Hətta bir az uzağa gedərək, bu videonun Şəmsi Səmədzadənin keçmiş xanımının sifarişi ilə çəkildiyini də qeyd edirlər.
Məlumat üçün onu da qeyd edək ki, Şəmsi Səmədzadə həbsxanadan azad ediləndən sonra həyat yoldaşı ilə ayrılıblar.
Biz bu yazıda kimlərinsə fantaziyasına, fikirlərinə deyil, konkret olaraq Şəmsi Səmədzadənin öz dediklərinə istinad edəcəyik.
Şəmsi Səmədzadə öz səs yazısında dönə-dönə ...Başda böyük qardaşlar...ortancıl qardaşlar...kiçik qardaşlar...deyə müraciət edir. Və əlavə edir ki, ləyaqətli insanlar ona dəstək verir...
Böyük qardaş...ifadəsinin nə olduğunu yəqin ki, həbsxana həyatından az-çox məlumatı olanlar bilir.
Birincisi, yazılmamış həbsxana qaydalarına uyğun olaraq Şəmsi Səmədzadənin bu biabırçı videosunda olan hərərkətini nəinki böyük qardaşlar, heç kiçik qardaşlar da bağışlamaz.
İkincisi, Şəmsi Səmədzadəyə sual verən lazımdır ki, bu biabırçı videodan sonra səni hansı ləyaqət sahibləri dəstəkləyə bilər..?
Əlimizdə olan səs yazısında Şəmsi Səmədzdə 23 il həbsxanada günahsız olaraq yatdığını dönə-dönə qeyd edir və buna görə...erməni şərəfsiz QARAİT QARALOVU İttiham edir və deyir:
“Bir kəlmə yanımda söyüş söydüyünə görə, onu qırıq-qırıq elədim...”.
Əlbəttə, söhbətin sabiq Baş prokuror Zakir Qaralovdan getdiyi çoxuna bəllidir.
Zakir Qaralovun kim olub-olmamasından asılı olmayaraq Səmədzadə başa düşməlidir ki, söhbət yüksək rütbəli dövlət məmurundan gedir. Və Səmədzadə bu sözləri ilə dövlətə qara yaxmış olur.
Şəmsi Səmədzadə səs yazısında onu da qeyd edir ki, o videodakı mən deyiləm:
“Kimsə məni çəkəcək, mən də durub-durub ona manqurt-manqurt baxacam..? Durub onu 40 min yerə bölərdim..”.
Şəmsi Səmədzadə, biabırçı videodan görünür ki, sən durursan, amma artıq iş bitmişdir...fakt içəridə idi...
Şəmsi Səmədzadə öz səs yazısında deyir ki, məni tanıyanlar bilir ki, mənimlə oyun oynamaq olmaz:
“Böyük qardaşlarım, ortancıl qardaşlarım, kiçik qardaşlarım....səbrli olun, əliniz it qanına bulaşmasın...Mən dəstəyə görə hər birinizə minnətdaram..”
Ay Səmədzadə, bu halında hansı böyük qardaş...yaxud ləyaqət sahibi nəinki sənə dəstək verməz, hətta sənə yaxın durmaz, salam verməz...
Görəsən, Səmədzadə ...it qanı deyəndə kimi, kimləri nəzərdə tutur..?
Həm də sən kimsən ki, kimisə qanına qəltan edəsən..?
Bu ölkənin qanunları, hüquq-mühafizə orqanları var...
Şəmsi Səmədzadə öz səs yazısında guya uzun illər qazancının çoxunu kasıb-kusuba xərclədiyini deyir və əlavə edir:
“Qobustandan çıxandan sonra bir cındır...istər Rəhim Qazıyev..istər Surət Hüseynov...ya da Müzamil Abdullayev...bir dəfə də geri qayıtmadılar...amma mən 15 dəfə gedib oradakı qardaşlara yardım etmişəm..”
Fikir verdinizmi, Şəmsi Səmədzadə boyundan yuxarı tullanaraq sabiq müdafiə naziri Rəhim Qazıyevi, keçmiş baş nazir Surət Hüseynovu, mərhum Kənd Təsərrüfatı Naziri Müzamil Abdullayevi CINDIR adlandırır..”
Bu adama başa salan yoxdur ki, kimliyindən asılı olmayaraq sən kimsən ki, ağsaqqal, tanınmış şəxslərə, dünyasını dəyişən insanlara CINDIR deyirsən..?
Yəqin ki, Rəhim Qazıyev və mərhum Surət Huseynovun, Müzamil Abdullayevin yaxınları sənin layiq olduğun cavabı verəcəklər...və sənin ağzını yumacaqlar...
Şəmsi Səmədzadə öz səs yazısında deyir ki, KİŞİLƏRİ QORUMAĞIN VAXTIDIR..., o videonun çəkən çaqqal cəzasını alacaq..
Ay Şəmsi, bu boyda rüsvayçılıqdan sonra KİŞİLƏRİN sənə nə dəxli var..?
Həm də əgər o videodakı sən deyilsənsə, niyə bu qədər özünü öldürürsən, niyə özünə bu qədər əl qatmısan..?
Şəmsi Səmədzadə öz NİTQİNDƏ qeyd edir ki, mən BABAM SƏMƏND AĞANIN YOLU ilə gedirəm...
Allah heç bir babaya sənin kimi nəvə qismət eləməsin, ay Şəmsi....Sənin dediyindən belə nəticə hasil olur ki, baban Səmənd ağa da sənin kimi....
Şəmsi Səmədzadə səs yazısında başından yekə sözlər işlədir: “ Mənim özüm də, oğlanlarım da Prezidentimizin yolunda ölməyə hazırıq”.
Yenə bu adama başa salan lazımdır ki, sənin kimi birisinin Perzidentin adını çəkməyə mənəvi haqqı yoxdur, get baban Səmənd ağanın adını çək...
Ən dəhşətlisi odur ki, Şəmsi Səmədzadə öz dili ilə deyir ki, videodakı mən deyiləm, çünki mənim üzümdə 3 xal var, amma videodakı şəxsin üzündə xal yoxdur...
Burada deyiblər ki, suda batan saman çöpündən yapışar, ay Şəmsi...Sən də xaldan yapışmısan...Allah heç kimi bu hala salmasın...
Səs yazısının sonunda Səmədzadə deyir ki, mənə YUXARIDAN tapşırıblar ki, müsahibə vermə...
Ay Şəmsi, sən hansı yuxarıdan-zadan danışırsan, yalandan basıb-bağlayırsan...Sənin yuxarılıq halın var ki...?
Sən çalış, bundan sonra başını aşağı sal və aşağıdan işlə...yuxarı sənlik deyil...
P.S. Bir məlumatda qeyd olunur ki, videonu çəkən yaxın qohumlarındır, hətta çox yaxın. Amma onların gözləntilərini deyəsən nəzərə almamısan.(Gundelik-bakı.com)