Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

AQTA-nın 600 minlik tenderini udan Rəşad Xalıqov kimdir? –TƏFƏRRÜAT

   Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Dövlət Satınalmaları haqqında” Qanunu pozub.

Yenixeber.org: Bu sözləri iqtisadçı Allahverdi Aydın bildirib.

Onun sözlərinə görə, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub:

“Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi “Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub.

             Bəs qanun nə deyir?

“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam