Qax Kommunal Müəssisələri Kombinatının dövlətə vergi borcu üzə çıxıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, kombinantın hazırda dövlətə 13 mindən çox (13326.60 AZN) vergi borcu var.
Maraqlısı bundadır ki, 13 mindən çox vergi borcu olan müəssisə Qax Rayon Mərkəzi Xəstəxanasının elan etdyi tenderdə də iştirak edib və qalib olub. 4.498,28 AZN qazanıb.
Bİldirk ki, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanovdur.
Qax rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Əhmədzadə Tərlan Fərman oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.(32gün.az)