Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Nazir müavininə bağlı şirkət xaricə valyuta ötürüb? -DE-FAKTO

      Azərbaycanda mühərrik və sürtkü yağları istehsal edən "Technoil” MMC cərimələnə bilər. 
Yenixeber.org: Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq. 
430.4-cü maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır. 
Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur. 
Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC-dən danışarkən bildirib ki, bu şirkət ailəsindən gələn layihədir: "Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" bizim ailədən gələn layihələrdir. "Tecnol"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik”, - deyə o bildirib.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam