Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Naftalanda şübhəli satınalma: Eyni tarixdə yaradılan MMC-lər qalib elan edildi -FOTOFAKT

 
Naftalan şəhər İcra Hakimiyyəti cari ilin noyabr ayının 21-də ümumilikdə 21.400 manatlıq satınalmaya yekun vurub.
Yenixeber.org: İcra Hakimiyyətinin "İnventarın satın alınması" lotu üzrə keçirdiyi satənalmanın məbləği 7820 manat, bu satınalmanın qalibi isə "MENECMENT EKSPERT -85" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"MENECMENT EKSPERT -85" MMC 2022-ci ilin iyun ayının 6-da dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi İsmayılov Elgün Natiq oğludur. 
"MENECMENT EKSPERT -85" MMC-nin hüquqi ünvanı saxtadır: Bakı şəhəri Xətai rayonu, general Şıxlınski ev 54, mənzil 0. Bu ünvanda belə bir mənzil yoxdur. 

Satınalma müqaviləsinə görə "MENECMENT EKSPERT -85" MMC icra hakimiyyətinə 35 ədəd ofis stulu, 80 kvadrat metrlik jalüz pərdə, 5 kreslo, 2x4 ölçüsündə iki dədə bayraq, 12 kvadratmetrlik baner və 0.75x150 sm ölçüsündə 200 bayraq almalıdır. 
  
Naftalan şəhər İcra Hakimiyyətinin "Tədbirlərin təşkili işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın 13.650 manat, qalibi isə "GRAND CORPORATİON-99" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 
"GRAND CORPORATİON-99" MMC İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmada qalib elan edilən MMC ilə eyni zamanda - 2022-ci ilin iyun ayının 6-da dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan bu MMC-nin qanuni təmsilçisi Fətullayev Romal Şakir oğludur. 


"GRAND CORPORATİON-99" MMC-nin də hüquqi ünvanı Naftalan şəhər İcra Hakimiyyətinin digər satınalmasında qalib elan edilən MMC-nin hüquqi ünvanı kimi saxtadır: Bakı şəhəri, Sabunçu rayonu, Saratov küçəsi ev 78, mənzil 0. 
Satınalma müqaviləsinə görə "GRAND CORPORATİON-99" MMC Naftalan Şəhər İcra Hakimiyyətinə 100 ədəd yeni il paketi, 250 ədəd Naftalan loqolu müxtəlif hədiyyə paketi, şəhəein bəzədilməsi və 2 tədbirin təşkili işlərini görməlidir. 
Fəaliyyət profilləri, lisenziyaları, maddi texniki imkanları barədə heç bir məlumat olmayan, 3-4 ay öncə yaradılmış, hüquqi ünvanı gizlədilən MMC-lər hansı imkanları ilə müqavilə üzrə öhdəlikərini yerinə yetirəcəkləri bir sıra suallar yaradır. 
 
Digər şübhə doğuran məqam isə Naftalan şəhər İcra Hakimiyyətinin eyni gündə yekun vurduğu iki satınalmada qalib elan edilən MMC-lərin eyni tarixdə (06.06.2022) yaradılmasıdır.
Digər tərəfdən isə yuxarıda da qeyd etdiyimiz kimi bu MMC-lərin hər ikisinin hüquqi ünvanları da gizlədilib.  
Xatırladaq ki, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur. 
V.Novruzov 2019-cu ilin dekabr ayının 4-dən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 
Naftalan Şəhər İcra Hakimiyyəti məsələyə mövqe bildirməyib.(Qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam