Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis Akademiyası binasının fasadını 43 min manata yuyacaqlar -TENDER

Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, dəyəri 42 min 709 manat 47 qəpik olan tender müsabiqəsinin qalibi “HOLDİNQ HH 2022 TT” MMC (VÖEN- 1007345471) olub.
“HOLDİNQ HH 2022 TT” MMC Polis Akademiyası üçün bina və tikilillərin fasadlarının yuyulması xidmətini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “HOLDİNQ HH 2022 TT” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Qəzənfər Musabəyov, ev 57A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Heydərov Səbuhi Yaşar oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, tender müsabiqəsinin qalibi olan şirkət  – “HOLDİNQ HH 2022 TT” MMC təxminən 9 ay əvvəl – ötən ilin dekabr ayının 10-da dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatına alındıqdan qısa müddət (ay yarım) sonra Ədliyyə Nazirliyinin keçirdiyi tenderdə qalib olub. Son 8 ayda isə ümumi dəyəri 182 min manat olan 5 tender müsabiqəsini udub.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil. Nəinki rəsmi saytı, sosial şəbəkə hesabı olmayan və adı heç bir yerdə keçməyən bu şirkət dövlət qurumlarına müxtəlif istiqamətlərdə xidmətlər təqdim edir.
Onu da qeyd edək ki, ötən ilin dekabr ayının 10-da Heydərov Səbuhi Yaşar oğlunun qanuni təmsilçi olduğu və hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Qəzənfər Musabəyov, ev 57A-da yerləşən daha 3 şirkət - “My Elit Group” MMC (VÖEN - 1007345341), “Real MM” MMC (VÖEN – 1007345211) və “Rial MM 017” MMC (VÖEN – 1007345621) dövlət qeydiyyatına alınıb.(yeniavaz)

A. Cəfərov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam