Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Asif Əsgərovun fəaliyyəti təftiş olunur-DE-FAKTO

                 Nəsimi rayon İcra Hakimiyyətində yoxlamalar aparıldığı barədə məlumat yayılıb.

Yenixeber.org: İcra Hakimiyyətində aparılan yoxlamaya səbəb rayon ərazilərinin qanunsuz olaraq işbazlara satılmasıdır.

Eyni zamanda bir neçə ildir ki, Nəsimi rayonunun ərazisində aparılan pilot layihələrdə İcra başçısı Asif Əsəgrovun xeyli sayda saxta sərəncamlar tərtib etməsi, əraziləri tikinti şirkətlərinə satmasıdır.

Məlumata görə Asif Əsgərovun qanunsuz əməllərindən Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayətlər də yoxlamalara başlamasında mühüm rol oynayıb.

Qeyd edək ki, bir neçə il öncə sahibkar Məhəməliyev Yusif Məhəmməd oğlu Asif Əsgərovun qanunsuz sərəncamı əsasında Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsi icazəsiz olaraq yerlə yeksan edildiyindən şikayətçi idi.

Sahibkar Daşınmaz Əmlakın Dövlət Reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınan qanuni mülkiyyətinin qanunsuz söküldüyünü, ona 1.5 milyon manata yaxın ziyan dəydiyini deyirdi.

Asif Əsgərov qalmaqallı icra başçılarından sayılır. Dəfələrlə qanunsuz əməlləri ilə şikayətlərlə ölkə gündəminə gələn Asif Əsgərov 2009-2015-ci illərdə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən rayon ərazisində qanunsuz fərdi evlərin, obyektlərin tikintisinə rüşvət qarşılığında icazə verdiyi deyilirdi.

Hətta o zaman Səbail rayonu ərazisində ev tikdirmək istəyən şəhid ailəsinin üzvündən Asif Əsəgrovun 15 min manat tələb etdiyi barədə mediada yazılar dərc edilmişdi.

2009-cu ildən indiyədək Bakının mərkəz rayonlarından olan Səbail və Nəsimi rayonlarına rəhbərlik edən Asif Əsgərovun ölkədə və xaricdə çoxsaylı daşınmaz əmlaklarının olduğu deyilir.(Qlobal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam