Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

SABİQ NAZİRİN 4, 5 MİLYONLUQ "ŞƏXSİ İŞİ"... -Və ya Nyu-Yorkda 2 mənzili necə alıb? + VİDEO

“Hər iki övladıma mənzil almışam. Bu o demək deyil ki, mən çamadanla pulu götürüb Nyu-Yorka apardım və mənzil aldım”.

Yenixeber.org: Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən 4,5 milyon dollarlıq mənzil alınması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, mənzil alınması ilə bağlı Nyu-York banklarından biri ilə bir il təmasda olub: “O bank vasitəsilə mən danışıqlar aparmışam. Hər bir dolların hesabatı var, bankın mənə köçürmələrə icazə verdiyinə dair evdə beş kiloqram kağız var. Mənzilləri almışam, inanmıram ki, bu, pis hərəkətdir. Böyük oğlum mənimlə burada, kiçik oğlum isə Nyu-Yorkda yaşayır. Bir ata kimi gərək mən də övladlarıma mülk alım”.

 

 

Qeyd edək ki, Elmar Məmmədyarovun dediklərindən çətinliklə də olsa o anlaşılır ki, Bakıdan bankla Nyu-Yorkdakı hansısa banka pul köçürüb. Həmin pulla da, vergisini ödəyərək iki mənzil alıb. Bu zaman ABŞ bankının pulun mənşəyi ilə bağlı suallarına da cavab verib.

Ancaq sabiq nazir yenə də Azərbaycan ictimaiyyətinə 4,5 milyon dolları hardan əldə etdiyini açıqlamağa ehtiyac duymur. "Şəxsi işimdir"  deyərək ötüşdürməyə çalışır. Halbuki Elmar Məmmədyarov Nyu-Yorkda mənzilləri nazir işləyərkən aldığından xalqa bunun hesabatını verməyə BORCLUDUR! 

Əgər 4,5 milyon dolların mənşəyi ilə bağlı ABŞ bankına təqdim etdiyin sənədlər saxta deyilsə, açıqla 4, 5 milyonu hardan əldə etdiyini ictimaiyyət də bilsin!"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam