Səfər Mehdiyev hansı kadrları dəyişib? Sinif yoldaşlarını, həmkəndliləri, qohum-əqrabası hamısı vəzifədə və yüksəlməkdə ...-ARAŞDIRMA
"Son illər gömrük sahəsində kadrların 40%-ə qədəri yenilənib". Bunu bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, nəticədə effektiv kadr ehtiyatları formalaşdırılıb. "Gömrük sistemində zəruri resursların, xüsusilə, müasir biliklərə və bacarıqlara malik kadr ehtiyatları var", - deyə o, əlavə edib.
Yenixeber.org: Çox maraqlıdır ki, Səfər Mehdiyev kadrların 40 faizə qədərini dəyişib islahat aparıbsa, niyə bu islahatlara aşağıdan başlayıb? Yəni gömrük sistemində yeni innovativ və müasir biliklərə sahib olan kadr bazasını yaratmaq üçün aşağıları dəyişməzdən öncə ilk növbədə yuxarılarda da dəyişiklik aparmaq lazımdır. Axı sadə məntiqlə gömrükdə hansısa islahat yeni standart və idarəetmə prinsiplərini tətbiq etmək üçün rəhbərlər dəyişməlidir. Lakin elə Dövlət Gömrük Komitəsinin rəsmi saytına daxil olub əmin ola bilərsiniz ki, Səfər Mehdiyev Komitənin nazir müavinləri, idarə rəisləri, gömrük post xidməti rəislərindən heç kimi işindən azad etməyib. Bəzi istsinalar var. Gundeminfo.az olaraq həmin az sayda olan istisnaları qeyd edə bilərik. Məsələn Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni şəxs təyin edib Səfər Mehdiyev. Lakin bu yeni şəxsdən elə təyinatının ilk günlərindən o qədər sahibkar şikayətçidir ki... Elə həm də Cənab Mehdiyevin diqqətinə çatdıraq ki, 2018-ci ilin iyun ayının 27-də Bakı Baş Gömrük İdarəsinə yeni rəis olaraq Kənan Məmmədov təyin edilib. Çox sadə bir üsulla Kənan Məmmədovun ismini (ad soyadla birlikdə) "google" platformasında yerləşdirib axtarış verəndə yüzlərlə ayrı-ayrı sahibkarın, ayrı-ayrı epizodlar üzrə narazılığını əks etdirən informasiyalara rast gəlmək mümkündür.
Əgər Səfər Mehdiyev kadrların 40 faizini dəyişməklə bağlı iddia irəli sürüb islahatlardan danışırsa o zaman Mehdiyevin diqqətinə çatdıraq ki, K.Məmmədov Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunana qədər Tovuz Gömrük İdarəsində rəis vəsifəsində çalışıb.
İndi isə komitə sədrinin dediyi 40 faizlik yeni kadr bankında kimlər var onların dlarına diqqət edək. Bu günə qədər yerli mediada yayımlanan bu siyahıya DGK-dan heç bir açıqlama verilmədiyini də xatırladaq.
1.Qaynı Tarquluyev İlham. DGK-da tikintilərə nəzarət edir. Saxta tenderləri “udur”.
2. Qaynı İlham Tarquliyevin kürəkəni Kamran. ER və DNBGİ-də baş inspektordur. Bütün “pullu işlərə” ancaq o baxır.
3. Köməkcisi Rəşad. Yaxın qohumudur.
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum. Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. İki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.
5. Qaynı Tarquluyev Zeynal. “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassa”ya o nəzarət edir. Gömrük İdarələri ətrafında ofislər açaraq, “lojistik xidmətlər” göstərir. Gömrükdə hər kəs həmin “xidmətə” yönəldilir.
6. Qardaşı oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində İnzibati idarəetmə şöbəsinin rəisidir.
7. Bacısı oğlu Fərman. Dövlət Gömrük Komitəsində Audit və Təhlil Baş İdarəsində Baş inspektordur. Bakı Baş Gömrük İdarəsində “Broker xidməti” acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı” xidmət göstərir.
8. Bacısı oğlu Əli. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Baş inspektor.
9. Bacısı oğlu Məhərrəm. Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Qiymətləndirmə şöbəsinin rəisidir. Respublikaya idxal edilən bütün avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev. Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idarə rəisidir.
12. Bacısının kürəkəni Sahib. Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordur.
13. Bacısının kürəkəninin qardaşı Zaman. Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektorudur.
14. Bacısı oğlu Rövşən. Rəsmən Dövlət Gömrük Komitəsində İşləyir. Hec vaxt işə gəlmir. Kənarda bizneslə məşguldur.
15. Bacısının kürəkəni Vilayət. Dövlət Gömrük Komitəsində baş inspektordur.
16. Bacanağı Həsən. Dövlət Gömrük Komitəsinin Hospitalında işləyir.
17. Dostu Elman. Dövlət Gömrük Komitəsinin Hospitalında Baş həkimdir. Onun qardaşı Fərman gömrük zabiti olduğu halda, saxta dərman idxalına görə DTK tərəfindən həbs edilib.
18. Bacanağı Eldar. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə “qara kassa”ya o nəzarət edir.
19. Bacanağı İlham. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir.
20. Qardaşının kürəkəni Arif. 51 yaşında komitədə işə düzəlib. “Gömrük Orqanlarında Xidmət Haqqinda” Əsasnamənin ziddinə olaraq, onu 51 yaşında işə götürüblər…
Bu siyahını bir qədər də genişləndirmək mümkündür. Amma təəssüf ki, bununla da heç nə dəyişməyəcək. Cənab Səfər Mehdiyevə bir sual ünvanlamaq istərdik - əcaba yeni 40 faizə qədər olan kadrlardan heç olmasa 50 nəfərin adlarını ictimayyətə açıqlamaq olarmı?(Gundeminfo.az)