Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Növbəti illərdə manatın taleyi necə olacaq -AKTUAL

 

"Fitch Solutions" agentliyi ("Fitch" beynəlxalq reytinq agentliyinin bölməsi) 2021-2025-ci illər üçün manatın ABŞ dollarına nisbətən orta məzənnəsini 1,98 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır. Fins.az xəbər verir ki, agentlik 2021-ci il üçün manatın dollara nisbətən orta məzənnəsini 1,7 AZN - 1 dollar, 2022-ci ildə 1,75 AZN - 1 dollar, 2023-cü ildə 1,83 AZN - 1 dollar, 2024-cü ildə 1,93 AZN - 1 dollar, 2025-ci ildə 1,98 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, "Fitch Solutions" 2026-2030-cu illər üçün manatın dollara nisbətən orta məzənnəsini 2 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır.

Yenixeber.org: Qeyd edək ki, hazırda manatın dollara nisbətən məzənnəsi 1,7 AZN - 1 dollar təşkil edir və son 4 ildə dəyişməyib. 2021-ci ildə Azərbaycan hökuməti məzənnəni 1,7 AZN - 1 dollar səviyyəsində proqnozlaşdırır.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, manatın məzənnəsini proqnozlaşdırmaq bir az çətindir: "Fitch" dünyada ola biləcək trendlərin Azərbaycana təsirlərini və ölkənin xərclərini nəzərə alaraq belə proqnozla çıxış edir. Çünki bizdə inzibati qaydada tənzimlənən məzənnə rejimidir. Əvvəlki illərdə Mərkəzi Bank üzən məzənnə rejiminə keçəcəyini bəyan etsə də, amma bu, olmayıb. "Fitch" düşünür ki, yaxın 5-10 ildə Azərbaycanın xərcləri artacaq. Çünki işğaldan azad edilmiş ərazilərin bərpası üçün milyardlarla vəsaitə ehtiyac yaranacaq".

Onun sözlərinə görə, digər tərəfdən, neftin qiymətləri ilə bağlı proqnozlar ürəkaçan deyil: "Yaxın 10 ildə neftin qiymətinin 50-60 dollardan yuxarı olması ağlabatan görünmür. Agentlik Azərbaycanın xərclərinin artacağını, neftin qiymətinin kəskin yüksəlməyəcəyini düşünərək belə bir proqnoz verib. Makroiqtisadi göstəricilərə və texniki analizlərə görə, "Fitch"in proqnozunu doğru saymaq olar. Amma manatın məzənnəsi inzibati qaydada tənzimləndiyinə görə bu, hökumətin və Mərkəzi Bankın verəcəyi birgə qərardan asılı olacaq".

Yazda əmanətləri bu valyutada saxlamaq məsləhətdir>>

"Qonşu ölkələrin milli valyutaları ilə müqayisədə manat sabitliyini qoruyur. Artıq 4 ildir ki, dollar qarşısında manat sabitdir. Lakin qonşu ölkələrin milli valyutaları ucuzlaşıb. Qonşu ölkələrin milli valyutaları ucuzlaşdıqca Azərbaycan daha çox idxalçı ölkəyə çevrilir. Yəni idxal etmək daha sərfəli olur. Bu da manatın məzənnəsinə əlavə təzyiq yaradır", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, qonşu ölkələrdə ucuzlaşma trendi davam edəcək: "Çünki turizmi inkişaf etdirmək istəyən ölkələr məzənnə siyasətinə başqa cür yanaşırlar. Məzənnə hər il nisbətən aşağı düşdükcə bu, həm ixrac potensialını artırır, həm də daha çox turist cəlb edir. Son illər bu istiqamətdə Türkiyə və Gürcüstan eyni xətti götürüblər".
"Dünyada dolların güclənməsi gözlənilirmi?" sualına ekspert belə cavab verib: "ABŞ hazırda dolların möhkəmlənməsində maraqlı deyil. Ən azından, bu il dolların möhkəmlənməsi ilə bağlı hansısa addımların atılacağını gözləmək çətindir. Çünki dolların məzənnəsinin aşağı olması ABŞ iqtisadiyyatının daha tez özünə gəlməsinə xidmət edən amilə çevrilir".

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, "Fitch"in proqnozu çox optimistdir: "Xüsusilə məzənnənin bu səviyyədə qorunub saxlanması gələcəkdə neftin qiymətindən asılı olaraq çox baha başa gələ bilər. Neft hasilatının azalması, neft qiymətinin yüksək olmaması və s. səbəbdən manatın məzənnəsinin uzun müddətli dövrdə "Fitch"in dediyi kimi olması ağlabatan görünmür. Digər tərəfdən, 2030-cu ilədək manatın məzənnəsini bu səviyyədə saxlasaq, iqtisadiyyatın rəqabətliliyini əhəmiyyətli dərəcədə məhv etmiş olarıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam