Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“AZƏRBAYCAN “İSKƏNDƏR” RAKETLƏRİNİ VURA BİLDİ...” -Paşinyanın qalmaqallı açıqlamasının pərdəarxası məlum olur

Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibə zamanı Azərbaycana qarşı istifadə olunan və Rusiyanın tez-tez öyündüyü “İskəndər” raketlərini tənqid etməsi böyük əks-səda doğurub. Məlum olduğu kimi, Nikol Paşinyan Qarabağ müharibəsi zamanı Ermənistanın istifadə etdiyi “İskəndər” raketlərinin cəmi 10 faizinin partladığını bildirib.

Yenixeber.org: Paşinyanın sözügedən raketlərlə bağlı dedikləri Ermənistanın siyasi elitasında növbəti didişməyə yol açmaqla yanaşı, bu ölkənin əsas silah sponsoru olan Rusiyada, xüsusilə onun hərbi sənayesinə yaxın dairələrdə narazılıq, hətta hiddətlə qarşılanıb.

Rusiya mətbuatına danışan tanınmış ermənipərəst hərbi ekspertlərdən biri, 44 günlük müharibə zamanı qanunsuz şəkildə Şuşada olarkən Azərbaycanın hərbi gücünü şəxsən öz üzərində hiss etmiş Yuri Kotenok Paşinyanın “İskəndər” barədə dediklərinin qərəzli olduğunu iddia edib. Şuşada qəlpə yarası almış Kotenok Paşinyanı sərt tənqid edərək, onu Ermənistanın məğlubiyyətinin əsas günahkarı saydığını bildirib və əlavə edib ki, Baş nazirin “İskəndər” raketlərinin effektiv olmadığına dair dedikləri Rusiyanın silah sənayesini gözdən salmaq və bununla da Qərbin sifarişini yerinə yetirmək məqsədi daşıyır: “Rusiya silahının effektivsizliyi barədə təbliğat ABŞ tərəfindən hər vasitəylə dəstəklənir və bu yolla Rusiya hələ Sovetlər Birliyi dövründən ciddi mövqelərə malik olduğu silah bazarından sıxışdırılır.”

 

 

Bununla yanaşı, “İskəndər” raketləri barədə danışan rusiyalı hərbi ekspert 44 günlük müharibə zamanı bu raketlərin cəmi 10 faiz effekt verdiyinə dair Paşinyanın dediklərini dolayısıyla etiraf edib. Lakin bunu daha çox Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemlərinin fəaliyyətilə əlaqələndirib və bildirib ki, Azərbaycan bir neçə “İskəndər” raketini vurmağa müvəffəq olub: “”İskəndər”-lərin tətbiqinə gəlincə, Ermənistanın əvvəlki prezidenti Sarqsyan doğru qeyd edirdi – birincisi, bu silah gec tətbiq olundu. İkincisi isə Azərbaycan tərəfinin bu raketləri vurduğuna dair faktlar var. Lakin bu, “İskəndər” kimi silahın keyfiyyətini azaltmır...”

Göründüyü kimi, nə Ermənistan, nə də Rusiya Azərbaycana qarşı “İskəndər” raketlərinin istifadə olunduğunu gizlətmir. Bununla yanaşı, tərəflərin rəsmi açıqlamaları olmasa da, “İskəndər”-lərin Azərbaycan tərəfindən vurulduğu kifayət qədər məlumatlı rusiyalı mütəxəssis vasitəsilə etiraf olunur. Belə görünür ki, Paşinyanın bu raketlərin cəmi 10 faiz effekt verməsinə dair söylədikləri də onların əksəriyyətinin məhz Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadaykən vurulmasıyla bağlıdır. O da məlum olur ki, müharibə zamanı hərbi cinayət törədən Ermənistanın öz ərazisindən Azərbaycana atdığı “İskəndər” raketlərinin sayı kifayət qədər çox olub və bu raketlərlə yalnız Şuşa vurulmayıb...

Xatırladaq ki, Paşinyanın “İskəndər”-lə bağlı dediklərini təkzib etməyə çalışan və onu ələ salan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan vəzifəsindən qovulub. Rusiya raketlərini müdafiə etməyə çalışan generalın açıqlamaları sonradan Ermənistanın Müdafiə Nazirliyi tərəfindən təkzib olunaraq, onun dediklərinin təhrif olunduğu bildirilib. Lakin generalın “İskəndər”-lə bağlı fikirlərinin əslində nədən ibarət olduğu, nəyin təhrif edildiyi açıqlanmayıb.

 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam