Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

""İSKƏNDƏR"LƏ YALNIZ ŞUŞAYA ZƏRBƏ ENDİRİLİB" -"Anlamıram, nə üçün neft-qaz boruları vurulmadı?..."

"Ermənistan, cavab zərbələrindən ehtiyatlanaraq, "İskəndər" operativ-taktiki kompleksini müharibənin həlledici mərhələsində istifadə etmədi".

Yenixeber.org: Belə bir ehtimalı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan irəli sürüb. O, "Armnews" telekanalına müsahibəsində bu barədə danışıb. Sarqsyan bildirib ki, onda olan "mötəbər" məlumata görə, "İskəndər" yalnız müharibənin sonunda istifadə olunub - ondan Şuşa şəhərinə zərbə endirilib. "Bəs nə üçün Azərbaycan ərazisinə zərbə endirilməyib? Mən ehtimal edirəm ki, cavab zərbələrindən ehtiyyat ediblər. Ancaq "İskəndər"lərdən Azərbaycan Horadiz və başqa bölgələrə böyük qüvvə cəmləşdirəndə - müharibənin 4-5-ci günündə istifadə etmək lazım idi", - Sarqsyan deyib.

Hərbi cani daha sonra əlavə edib ki, Azərbaycanın neft-qaz infrastrukturuna zərbə endirilməməsinin səbəbini də anlaya bilmir. "Mən demirəm ki, ilk hədəfimiz neft borusu olmalı idi. Lakin nəhayətdə, biz bu silahları nə üçün almışdıq? Onun üçün ki, lazım olan anda istifadə etməyək? "İskəndər"lər bizim idi və biz yeganə müttəfiq idik ki, onu almışdıq"

Sarqsyan onu da iddia edib ki, guya Şuşa, istəyərəkdən və ya istəməyərəkdən, təhvil verilib. Lakin nədənsə bu cinayətkar Şuşa ətrafında erməni əsgərlərinin milçək kimi qırılmasından danışmayıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam