Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Liqaçovla Qorbaçov Qarabağda nəyi “bölə bilməyiblər...”

 

Siyasi Büro üzvünün Bakıda “Qarabağ həmişə Azərbaycanın tərkib hissəsi kimi qalacaq” deməsi SSRİ rəhbərinin planlarını pozub, yoxsa...

Yenixeber.org: 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu 2783 nəfər şəhid verərək, həm Dağlıq Qarabağda, həm də ətraf rayonlarda ərazi bütövlüyümüzü təmin etdi. SSRİ rəhbərliyinin 1987-ci ilin sonlarında Qarabağda başlanan separatizm hərəkatının qarşısını almaması nəticəsində yaranan hərbi qarşıdurma 2020-ci ilin noyabrında Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Halbuki 1988-ci ildə bu problemi təməlli həll edib aradan qaldırmaq da mümkün idi. Amma təəssüf ki, bu sahədə həm Azərbaycan, həm də SSRİ rəhbərləri heç bir təsirli tədbirlər görmədilər.
Rusiya mediası Sovet İttifaqının son illərində rəhbərliyində olmuş, hazırda da yaşayan Yeqor Kuzmiç Liqaçov haqda maraqlı məqalə dərc edib. Məlumdur ki, Liqaçov uzun illər Sibir bölgəsinə rəhbərlik edib. Uğurlarına görə baş katib Leonid Brejnev dəfələrlə onu Moskvaya- Mərkəzi Komitəyə dəvət edib, Fransa, Macarıstan və ya Kubada səfir olmağı təklif edib. Amma Liqaçov bunlardan imtina edib. Yalnız 1983-cü ildə Brejnevin ölümündən sonra xələfi Yuri Andropov Liqaçovu Mərkəzi Komitəyə - şöbə müdiri vəzifəsinə gətirə bildi.
Sovet İttifaqının çöküşünə yaxın - Mixail Qorbaçovun hakimiyyəti illərində isə Liqaçov ölkədə ən ciddi millətlərarası münaqişələrdən birini - Dağlıq Qarabağ qarşıdurmasınında əsas simalardan biri oldu.
1988-ci ilin yazında Qorbaçov erməni millətçiliyinin qarşısına almaq əvəzinə, yalnız vaxt uzadır və nəticədə ermənilər daha da azğınlaşırdılar. Belə bir vaxtda - 1988-ci ilin 21 mayında Azərbaycan və Ermənistan rəhbərləri vəzifədən uzaqlaşdırıldı. Bakıdakı və İrəvandakı qurultaylarda müvafiq olaraq Siyasi Büro üzvləri və Mərkəzi Komitənin katibləri Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak etdi.
Kremlin "partiya generalları" kommunistlər qarşısında çıxışlarında - biri Ermənistanda, digəri Azərbaycanda - yerli vətənpərvərlərə dəstək verdiklərini, həqiqətin onların tərəfində olduğunu dedilər. Liqaçov Bakıda açıq şəkildə Kremlin respublikalar arasındakı sərhədlərdə heç bir dəyişiklik istəmədiyini və Dağlıq Qarabağın həmişəlik Azərbaycanın tərkibində qalacağını elan etdi. Rusiya mediası bu məsələ haqda yazır ki, Liqaçovun bu sözləri Qorbaçovun düşündüyü siyasi gedişatı pozdu.
1988-ci ilin sonlarından Ermənistandakı azərbaycanlıların kütləvi deportasiyası başladı. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən, Dağlıq Qarabağ Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla, Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi Komitə vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi. Bu şəxs DQMV-nin tam “iqtisadi müstəqilliyini” reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycanda deyil, Ermənistanda yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi. Azərbaycan və Qarabağın taleyində mənfi rol oynamış Arkadi Volskinin xatirələrində Qorbaçovun Liqaçovun Bakıda dediyi sözlərə diqqət çəkib: “Qorbaçov "Stepanakertdə mitinq gedir, adamlar "Lenin-partiya-Qorbaçov", "Stalin-Beriya-Liqaçov" şüarlarını səsləndirir. Niyə? Çünki Liqaçov guya Qarabağı azərbaycanlılara vermək istəyir, Yakovlev ermənilərə”.
 
Yuri Pompeyov 1992-ci ildə nəşr etdiyi “Qarabağ qan içində” sənədli oçerkində Siyasi Büroda Qarabağ məsələsində fikir ayrılığı olduğunu deyib. O, Liqaçovun 1991-ci ildə "La Stampa" qəzetinə verdiyi müsahibədən ilginc sitat da verib.
Sual: - Sizinlə Qorbaçov arasında, xüsusən millətçilik təzahürləri məsələsində fikir ayrılığı var idimi?
Liqaçov: - Bəli, bu bizim aramızdakı ixtilafın ücüncü və bəlkə də ən ciddi bəndi idi. 1988-ci ildə Dağlıq Qarabaqda konflikt başlayanda biz çox tez-tez görüşər və çoxlu mübahisə edərdik. O, əlbəttə, olduqca narahat idi. Lakin həmişə olduğu kimi ekstremist qüvvələrdən danışır və həmişəki kimi qayda-qanunun bərpa olunması üçün zəruri tədbirləri görmək istəmirdi. Nətiçəsi məlumdur: minlərlə həlak olanlar, yüz minlərlə qaçqın, bütün İttifaq üçün təhlükəli gərginlik.
Sual: - Siz hesab edirsinizmi ki, bu Qorbaçovun təqsiri üzündəndir?
Liqaçov: -Mən indi də o vaxt təkrar etdiyimi deyirəm. Yenidənqurma üçün əsl təhlükə konservatizm yox, ölkəni parçalayan separatçı anti-sosialist millətçilikdir. Lakin bir neçə il ərzində bu cəhətə əhəmiyyət verməmək faciə ilə nəticələndi.
Göründüyü kimi, SSRİ adlı ucsuz-bucaqsız bir ölkəinin taleyi son illər məsuliyyətsiz, həm də bir-birləri ilə intriqada olan partiya rəhbərlərinə tapşırılıbmış ki, bunun nəticəsində bir neçə milli münaqişə ocaqları yarandı və SSRİ dağıldı...(musavat)
Orxan Əliyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam