Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə xüsusi dərslər davam etdirilir -Nərimanovda (FOTO)

Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə xüsusi dərslər davam etdirilir -

 

Yenixeber.org:   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq xüsusi qrafik üzrə rayonun Yeni Azərbaycan Partiyası və Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev muzeyində ümumtəhsil məktəblərin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər müvəffəqiyyətlə həyata keçirilir. Dərslərin tədrisi zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir. Bu dərslərdə həyat və fəaliyyətini öz xalqının xöşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs olunur, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilir, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılır. Nərimanov rayon Yeni Azərbaycan Partiyası təşkilatında keçrilən dərsin yekununda təhsildə əldə etdiyi nailiyyətlərə, nümunəvi nizam-intizamına, həyata keçirilən layihələrdə fəal iştirakına görə bir qrup şagirdlər Fəxri Fərmanlarla təltif olunmuşdur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam