Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Prezidentin köməkçisinə məhkəmə və istintaq orqanlarından ŞİKAYƏT edildi:“Qərarı ləğv etmək – qüvvədə saxlamaq” oyunu

 

Yenixeber.org: Bakıda mütəşəkkil cinayətkar dəstənin qurbanı olan 30-dan çox vətəndaş Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova müraciət ediblər.

Müraciətdə şikayətçilər şəxsən Fuad Ələsgərovla görüşmək istədiklərini bildiriblər.

Şikayəti olduğu kimi təqdim edirik:

“Yazıb sizə bildiririk ki, 2014-cü ildə 30-dan çox vətəndaş Bakı ş, Nərimanov rayonu, Təbrik küçəsi, ev 63 ünvanda yerləşən “Dağlar” MTK-nın vəzifəli şəxsləri Şahin Əliyev, Çingiz Rzayev və başqaları tərəfindən dələduzluq faktına məruz qalmışıq. Faktla cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə İdarəsində aparıldı, baxmayaraq ki, bu cinayət əməli mütəşəkkil şəkildə həyata keçirililmişdir, istintaq orqanı məsuliyyəti tək bir şəxsin MTK-nın sədri Şahin Əliyevin üzərinə qoydu. Belə ki, cinayət əməllərində iştirakı olmuş başqa şəxslər, o cümlədən “Dağlar” MTK-nın təsisçilərindən biri və faktiki sahibi Çingiz Rzayevi şahid qismində tanımaqla istintaq orqanı kifayətlənmiş və onu məsuliyyətdən yayındırmışdır. Eləcə də dövlət natariusu Ərəstun İmanov bir mənzilin bir-neçə nəfərə satılmasında iştirak etmişdir və saxta müqavilələri rəsmiləşdirmişdir. Bütün bunlara baxmayaraq Korrupsiya idarəsi, Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə öz aralarında “iş birliyi” quraraq bizim evsiz qalmağımızla nəticələnməsinə gətirib çıxarıblar.

Korrupsiya İdarəsi “Dağlar” MTK-ya məxsus 890 m2 qeyri-yaşayış sahəsinə “yalançı” həbs qoymaqla bizi aldadaraq
arxayın etmiş və beləliklə mütəşəkkil cinayətkarlıq faktını ört-basdır edərək, cinayətdə iştirakı və təqsiri olan şəxsləri məsuliyyətdən yayındırmışdır. Yuxarıda qeyd etdiyimiz hüquq instansiyaları qeyri-yaşayış sahəsinə qoyulmuş həbsi alver predmetinə çevirərək, “qərarı ləğv etmək – qüvvədə saxlamaq” oyunu quraraq 4 il ərzində çox sayda ailənin taleyi ilə oynamışdır.

Bu illər ərzində biz o qənaət gəlmişik ki, adları çəkilən qurumlar pulumuzun, yaxud mənzillərimizin bizə qaytarılmasında nəinki maraqlı deyillər, hətta külli miqdarda pulun mənimsənilməsində əlləri olan cinayətkar dəstəyə himayədarlıq etməkdə israrlı görünürlər.

Bu işlə Sizi müfəssəl məlumatlandırmaq üçün bizi şəxsən qəbul etməyinizi xahiş edirik.

Qabaqcadan minnətdarlığımızı bildiririk”.(Tendensiya.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam