Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

TİKİNTİ FIRILDAĞI: “Dağlar” MTK-nın “qurbanları” Prezidentdən kömək istəyir

1459408899_1

Xeberinfo.com:   Azərbaycanda dələduzluq, vətəndaşların aldadılması halları içərisində ən geniş yayılmış metodun mənzil fırıldaqları olduğunu desək, yəqin ki, səhv etmərik. Müxtəlif tikinti şirkətlərinin mənzilə ehtiyacı olan insanları aldadaraq, əllərindəki vəsaitləri alması faktları kifayət qədərdir. Şirkətin möhürünə, rəsmi qeydiyyatına və imzaladığı müqavilələrə inanıb, əvvəlcədən və ya illərlə hissə-hissə pul ödəyən insanlara bir zaman məlum olur ki, kimlərinsə dələduzluğunun qurbanına çevriliblər. Ya bina və yaxud ona mənzil verilən mərtəbə ümumiyətlə tikilməyib, ya da binadakı mənzillər bir neçə şəxsə satılıb.
Bundan sonra edilən şikayətlərin isə bir çox hallarda aldadılan vətəndaşa heç bir xeyri olmur. Dələduz “bandası” içərilərindən birini müvəqqəti həbsxanaya göndərərək, insanlardan yığdığı milyonları mənimsəyir. Hətta ara sakitləşəndən sonra həmin puldan bir qədər verib həbsxanaya göndərdikləri fırıldaqçı dostlarının da azadlığa çıxmasına nail olurlar. Azərbaycanda bundan asan nə var ki… Ortada itirən isə illər uzunu min bir əziyyətlə mənzil üçün pul toplayan sadə vətəndaş olur.

Əlbəttə, bu cür dələduzluqların geniş yayılmasında dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının da rolu böyükdür. Tikinti şirkəti yaradıb, vətəndaşlardan pul yığanların kimliyinin, məqsədlərinin və topladıqları pulları təyinatı üzrə xərclədiklərinə nəzarətin olmaması sonda 100-lərlə insanın dələduzların qurbanına çevrilməsinə şərait yaradır. Həm mənzildən olurlar, həm də pullarından.

mtk1Elə “AzPolitika.info”ya müraciət edən bir qrup (ümumilikdə 27 nəfər) vətəndaş da belə bir vəziyyətə düşüblər. Onlar mənzil-qərargahı Bakı şəhəri, N.Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, ev 63 göstərilən “Dağlar” Mənzil-Tikinti Kooperativi (MTK) rəhbərliyinin dələduzluğunun qurbanına çevriliblər.

Zərərçəkmişlərin Prezident İlham Əliyevə yazdıqları məktubda bildirilir ki, Dağlar” MTK-nın sədri olmuş, hal-hazırda məhkum edilmiş Əliyev Şahin Saleh oğlu onlarla vətəndaşı mənzil satmaq adı altında aldadıb. Dələduzluqla vətəndaşların külli miqdarda pulunu ələ keçirib. Hətta tamahı o qədər böyük olub ki, I-ci qrup əlil, əlillik arabasına məhkum olunmuş Nəzərli Nazim Nəzər oğlunun 152 min manatını mənimsəməkdən belə çəkinməyib.

Məktubda qeyd edilir ki, “Dağlar” MTK-nın sədri və təsisçilərindən biri olan Əliyev Şahin Saleh oğlu bu əməli ilə çoxlu sayda vətəndaşa həm maddi, həm də ağır mənəvi zərər vurub: “Əliyev Şahin Saleh oğlunun cinayətkar əməli öz hüquqi qiymətini tapmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Əliyev Şahin Saleh oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, cəzası qismən toplanılaraq, 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib”.

Zərərçəkmişlərin yazdığına görə, onların mülki iddia tələbi də məhkəmə tərəfindən qismən təmin edilib. Ancaq bu, kağız üzərində qalıb: “Bu iş üzrə ibtidai istintaq zamanı Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz kücəsi 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdu.
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür”.

Zərərçəkmişlər bunun qanunsuz və ədalətsiz olduğunu, bununla onların MTK-ya mənzil almaq üçün ödədikləri vəsaitin geri qaytarılması imkanının yox edildiyini bildirirlər: “Hesab edirik ki, hökmün yuxarıda qeyd etdiyimiz hissəsi tamamilə qanunsuz və əsassızdır. Yəni, qeyd olunan qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi o deməkdir ki, Əliyev Şahin Saleh oğlunun zərərçəkmişlərə vurduğu zərər hec vaxt ödənilməyəcəkdir. Cünki o, 11 il cəza cəkməlidir. Belə olan surətdə dəymiş ziyanın ödənilməsi sual altında qalır. Hesab edirik ki, dəymiş zərərin ödənilməsi məhkəmənin hökmü ilə Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir.
İstintaq zamanı müəyyənləşdirilmişdir ki, 890 kv.m. qeyri yaşayış sahəsi “Dağlar” MTK-ya məxsusdur və formal olaraq Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmişdir. Habelə, ekspert tərəfindən 1-ci və 2-ci mərtəbədə olan qeyri-yaşayış sahəsi iki milyon səkkiz yüz min manat qiymətləndirilmişdir. O, zərərçəkmişlərə dəyən ziyanı tam ödəyə bilər. Bunun ücün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən dəyişiklik edilməklə qeyd olunan qeyri-yaşayış sahəsi üzərində həbs bərpa olunaraq saxlanılmalıdır, qeyri-yaşayış sahəsi müsadirə olunaraq bizə dəymiş zərərin ödənilməsi ücün tədbir görülməlidir.
Biz bütün ümidimizi Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinə bağlamışdıq. Əliyev Şahin Saleh oğluna 11 il cəza verməklə, o bizi ömürlük mənzil hüququndan məhrur edir.
Bildiririk ki, qanuna əsasən birinci instansiya məhkəməsinin hökmündən 20 gün müddətində apellyasiya şikayəti vermişik”.

Zərərçəkmişlərin yazdığına görə, məhkəmənin belə bir qərar verməsində “Dağlar” MTK-nın təsisçilərindən biri olan Çingiz Rzayevin xüsusi “əməyi” olub: “Məhkəmə baxışı gedən zaman biz fevralın 24-də və aprelin 1-də Prezident Administrasiyasında qəbulda olmuşuq. Qəbulda olarkən “Dağlar” MTK-nın təsisçilərindən biri olan Çingiz Rzayevin həbs qoyulmuş 890 kv.m. qeyri-yaşayış sahəsi üzərindən həbsin hər hansı bir yolla götürülməsinə çalışması ilə bağlı narahatçılığımızı bildirmişdik. Prezident Administrasiyasında isə məhkəmənin hökmünü gözləməyi tövsiyyə etmişdilər.
Məhkəmə baxışı zamanı zərərçəkmişlər vəsatət verərək, Çıngiz Rzayevin və “Dağlar” MTK-nın digər rəhbər şəxslərinin Əliyev Şahinlə əlbir olaraq cinayət törətməsinin araşdırılması üçün, cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdilər.Məhkəmə verilmiş vəsatətləri təmin etmədi və bununla da, Çingiz Rzayev ibtidai istintaq və məhkəmənin dəstəyi sayəsində məsuliyyətə cəlb olunmaqdan yayına bildi”.

Zərərçəkmişlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının qanunsuz olduğunu bildirərək, Prezidentdən kömək istəyirlər. Onlar Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulmuş “Dağlar” MTK-nın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinın satılaraq, onlardan alınan pulun ödənilməsini xahiş edirlər: “Dağlar” MTK-nın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi 5 təsisçiyə məxsusdur, onun 20% Əliyev Şahin Saleh oğlunundur. 20% ilə o, zərərçəkmişlərə müəyyən ödənişlər edə bilərdi.
Prezidentimiz həmişə vurğulayır ki, 1-ci növbədə zərərçəkmiş insanlara dəyən ziyan hökmən ödənilməlidir. Bunun üçün problemimiz həllini tapana kimi “Dağlar” MTK-nın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində həbs qərarı olmalıdır ki, ziyan ödənilsin və Sizdən xahiş edirik ki, bu məsələni öz nəzarətinizdə saxlayaraq bizə köməklik göstərəsiniz.
Biz Sizə müraciət edərək, Sizdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz və əsassız hökmünə apellyasiya qaydasında obyektiv, qanuni və ədalətli baxılmasına, hərtərəfli araşdırılmasına öz dəstəyinizi verməyinizə böyük ümidlər bəsləyirik.
Əvvəlcədən sizə öz təşəkkürümüzü bildiririk!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam