Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Xırdalan su altında: İnsanlar evdən bayıra çıxa bilmirlər– VİDEO

Xırdalan su altında: İnsanlar evdən bayıra çıxa bilmirlər

 

lkə ərazisində bir neçə gündür aramsız yağan yağışlar fəsadsız ötüşməyib

Yenixeber.org: Hava şəraitinin kəskin pisləşməsi Xırdalan şəhərinin Quşçuluq massivində də olduqca acınacaqlı vəziyyət yaradıb: "17 ildir bu vəziyyətlə baş-başayıq. Müraciət etmədiyimiz yer qalmayıb. Xəstəmiz, qocamız və körpə uşaqlarımız var".

İnsanlar hətta çörək almaq üçün də evdən bayıra çıxa bilmirlər. Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalan insanları çörəklə pulsuz təmin edib: "Belə yaşayış olmaz. Uzun illərdir bu əziyyəti çəkirik. Hər il ev təmir edirik. Evlər yaşanılmaz hala gəlir. Evdən çıxa bilmirik. Çörəyi bizə FHN gətirir".

Yağış nəticəsində yaranan süni göllər insanların gediş-gəlişinə problem yaradır.

Bu kadrlar paytaxtdan o qədər də uzaq olmayan Xırdalanda qeydə alınıb. Vəziyyət acınacaqlıdır. Küçələr keçilməz həddədir. Bundan başqa, evlər də su altında qalıb.

Gördüyünüz bu mənzərəni Həsənbəy Zərdabi küçəsində qeydə almışıq. Uzun illərdir burada yaşayan sakinlərin evləri su altında qalıb. Ev sahiblərinin ətraf aləmlə əlaqəsi, demək olar ki, tamamilə kəsilib.

İnsanlar evlərinə dolan sudan xilas olmağın yollarını axtarırlar: "Körpə nəvəmi evdən qonşuların köməyi ilə çıxarmışıq. Baxın, ev qaz sobası hündürlüyündə suyun altındadır. Nə baxan var, nə kömək edən. Hara gedək, hara üz tutaq? Bizə deyirlər ki, niyə burada yaşayırsız. Harada yaşayaq? Bütün kommunal xərcləri vaxtında ödəyirik. Buna baxmayaraq, kanalizasiya xətləri hər il bizi bu günə qoyur. Gəlib, su çəkiblər, kanalizasiya xətləri yarımçıq qalıb. 3 gündür evdən bayıra çıxmırıq".

Bu mənzərəni ifadə etmək üçün sözə gərək yoxdur, gözlə görmək kifayətdir.

Aidiyyəti qurumlar isə susur. Problemin nə vaxt aradan qaldırılacağını bilmək üçün Abşeron Rayon İcra Hakimiyyətinə üz tutduq. Gəlişimiz nahar vaxtına təsadüf etdiyindən, cavabdeh şəxslərlə görüşümüz baş tutmadı.

İcra başçısının müavini İlham Quliyevlə əlaqə saxladıq. O, problemin aradan qaldırılması üçün artıq Fövqəladə Hallar Nazirliyinə məlumat verildiyini dedi. Qeyd etdi ki, sakinlərin ərazidən köçürülməsi ilə bağlı heç bir tədbir görülməyəcək, sadəcə, yanğınsöndürənlər günün sonunadək evlərdən suyun çəkilməsi işini başa çatdıracaqlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam