Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təmiz Binəqədi, yoxsa üzən Binəqədi..? - FOTOLAR

Təmiz Binəqədi, yoxsa üzən Binəqədi..? - REPORTAJ, FOTOLAR

 

 

Bakıya bir neçə saat yağış yağan kimi ilk "Evimizi su basdı", "Küçələrimiz gölə çevrilib" xəbərləri məhz Binəqədi rayonundan gəlir. 
Xeberinfo.com:  Nədənsə bu rayonda illərdir ki, yağışdan sonrakı problemlər öz həllini tapmır. Artıq insanlar bu durumun normal bir şey olduğuna alışırlar. Çünki Binəqədi sakinlərinin başqa yolu yoxdur. Nə səslərini eşidən var, nə də problemlərini həll edən...
Ancaq media və sosial şəbəkələr vasitəsilə başlarına gələn hadisəni rəsmilərə çatdırmağa çalışırlar. Onlar isə gözlərini yumub, "Ölkəmiz hər gün çiçəklənir" demək üçün mikrofon axtarırlar. Vətəndaşlar isə onların dediklərinə su içində qalmış evlərində baxırlar. 
Rayonun elə ərazisi var ki, ora haqqında azı 10 dəfə yazı dərc edilib. Amma ki, heç bir faydası olmayıb. Vətəndaşlar hər dəfə yağış yağanda daha da pis durumda qalırlar. Bəziləri yay aylarının tez gəlməsini tətil, dəniz, istirahət üçün arzulayır, Binəqədi sakinləri isə yağışın azalması üçün... 
İnternet axtarış sistemlərindən istifadə edərək, "Binəqədi, yağış" yazsaq, həqiqətlər ortaya çıxacaq. Yəni artıq nəyisə gizlətmək elə də asan deyil. Rayonda aparılan "Təmiz Binəqədi" layihəsi nağıldan başqa bir şey deyil. 
Yağış yağır bir dərd, yağış bitir ayrı dərd... Əgər yağış yağan zaman küçələr, həyətlər, evlər su altında qalırsa, yağış bitəndən sonra suların yerini palçıq əvəz edir. Küçələr keçilməz hala düşür. Sakinlər işə iki ayaqqabı ilə getməli olurlar. Avtobusa qədər uzunboğaz çəkmə ilə getməyə məcbur olan sakinlərin hər payız və qış aylarında vəziyyəti belə olur. 
Səbəb nədir? Əslində bu suala cavab vermək elə də çətin deyil - Məsuliyyətsizlik və pul "yeyintiləri Bakının kanalizasiya sisteminin modernləşməsinə və yenidən qurulmasına hər il milyonlarla pul ayrılır. Amma Bakı küçələrinin cəmi 16 faizində kanalizasiya sistemi var. O zaman bu milyonlarla pul hara gedir? Onlar da kanalizasiya suları ilə axıdılır? 
Binəqədi sakinləri musavat.com-un əməkdaşına illərdir ki, yaşadıqları problemləri belə nəql ediblər: "Qardaş, dərdimizi bütün ölkə bilir. Hər yerə yazmışıq, şikayətlər etmişik. Amma faydası yoxdur. Binəqədi rayonu ərazisində normal işləyən bir dənə də kanalizasiya xətti yoxdur? Azca yağış yağsa da küçələri su basır, çox yağsa da. yəni dəyişən bir şey yoxdur. 
Rayonun əsas küçələri təmiz olur, ətraf süni ot, rənglənmiş divarlar və s. Amma di gəl ki, gözə batmayan, dövlət rəsmilərini keçmədiyi küçələrdə, qəsəbə və yaşayış massivlərində vəziyyət acınacaqlıdır. Palçıq içində batırıq". 
Binəqədi sakini olan Cavad Səfərovun sözlərinə görə, hər dəfə yağış suları altında qaldığı üçün Binəqədiyə artıq ləqəb də taxılıb: "Keçən dəfə iş yoldaşım mənim Binəqədidə yaşadığımı öyrənən kimi, "Hə, "Üzən Binəqədi"" olursan dedi. Artıq buraya belə ləqəb verilib. Çünki hər dəfə yağış yağanda üzürük. 
İki gün aramsız yağışdan sonra "Zəngəzur" şadlıq sarayı ilə üzbəüz "Stroydetal" adlanan məhəllədə evlər su altında qalmışdı. Hətta Fövqəladə Hallar Nazirliyinın müdaxiləsi nəticəsində xeyli insan evokuasiya olundu". 
Dünəndən etibarən yağışlar tədricən zəifləyib və artıq yağıntı yoxdur. Lakin buna baxmayaraq hələ də Binəqədi yolları su altında qalıb. Bəzi ərazilərə marşrut avtobuslarının hərəkəti dayandırılıb. Çünki suyun hündürlüyü avtobusların hərəkətinə mane olur. Bu da sakinlər üçün əlavə problemlər yaradıb.
Bu gün səhər saatlarında, daha dəqiq desək, saat 9.00-a qədər marşrut avtobusları çətinliklə də olsa Binəqədi yolu adlanan ərazi üzrə hərəkət ediblər. Sonradan isə qəfil şəkildə həmin küçə polis tərəfindən bağlanıb və sürücülərə alternativ olaraq "Deska" adlanın yol ilə hərəkət etmək məsləhət görülüb. Bu da mübahisələrə səbəb olub. Çünki həmin yolla getmək təhlükəlidir. O yolla hərəkət edərkən hər an avtobus aşa bilər. 
Hazırda Binəqədidə vəziyyət dəyişməz olaraq qalır. İcra başçısı isə isti yerində əyləşib. (Musavat.com)









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam