Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İstirahət mərkəzinin rəhbəri həbs edildi -İsmayıllıda

 

qandal

Yenixeber.org:  Məlumat verildiyi kimi, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək “Elektrik enerjisindən istifadə qaydaları”nın, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və “Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.
Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülmüş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam