Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ağrıdağ” istirahət mərkəzinin sahibi cərimə edilib

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Baki şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

“Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Vəhşi quş isə təbiətə buraxılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam