Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq deputatın qalmaqallı obyekti satışa çıxarıldı

 

Nabrandakı istirahət mərkəzi bir müddətdir ki, fəaliyyətini dayandırıb

"Xeberinfo.com":  Məlumata görə, Nabranda yerləşən və azyaşlı oğlanın ayaqlarını itirməsi ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi “Nabran Holiday Village” istirahət mərkəzi satışa çıxarılıb. Lent.az-ın əldə etdiyi məumata görə, 3.5 hektar sahəsi olan istirahət mərkəzi bütün əşyaları və qurğuları ilə birgə satılır. Mərkəzdə 23 ədəd 3 otaqlı, 10 ədəd 2 otaqlı kottec var. Kotteclərin hər birinin san/qovşağı, istilik sistemi, kondisoner var. Bundan başqa mərkəzdə böyük və uşaq ücün baseyn, aquapark, yay qış restoranı, futbol, voleybol meydançası, avtodayanacaq və s. var.

Qalmaqallı istirahət mərkəzi 3 milyon manata satılır.

Qeyd edək ki, “Nabran Holiday Village” istirahət mərkəzi keçmiş deputat Nizami İsgəndərova məxsus olub. İmran Cəfərzadənin keçən ilin yayında istirahət mərkəzində bədbəxt hadisə ilə üzləşməsi və ayaqlarını itirməsindən sonra obyekt fəaliyyətini dayandırıb.

Belə ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Mədəniyyət və Turizm Nazirliyi “Nabran Holiday Village” istirahət mərkəzinin lisenziyasını ləğv edib.

Məlum hadisəyə görə başlanmış cinayət işinin məhkəməsinin nəticəsi olaraq İmran Cəfərzadənin ailəsinə 70 min manat təzminat ödənilib.

Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərə hökm oxunub. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib. İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev isə məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

Onu da qeyd edək ki, məlum hadisədə yaralanmış İmranın hər iki ayağı amputasiya edilib. O, Almaniyada uzunmüddətli müalicə kursu keçib. Azyaşlının bütün xərclərini dövlət ödəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam