Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Həsənovun nəvəsi həbs edildi

Əli Həsənovun nəvəsi həbs edildi

 

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.

Yenixeber.org “Report”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

“Report” məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət edib. Lakin mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam