Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beynəlxalq qurumların illərdir zülmə səssiz qalması

Beynəlxalq qurumların illərdir zülmə səssiz qalması

 

Yenixeber.org:   Artıq 30 ilə yaxındır ki, erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər davam edir. Ötən gün bu terrorlardan biri daha törədildi. Azərbaycanın dinc sakinləri və eləcə də onların arasında hələ dünyada gedən prosseslərdən heç bir xəbəri olmayan, günahsız, məsum körpə balamız Zəhra erməni terrorunun qurbanı oldular. Beynəlxalq qurumlar illərdir bu zülmü gördüyü halda səsiz qalması isə qəsbkar ermənilərin hər keçən gün dinc azərbaycanlılara qarşı  törətdiyi cinayətlərinin sayının artmasına səbəb olur. Qərb ölkələrində baş verən terror hadisələrinə görə şübhəlilərin mənsub olduğu ölkələrə çoxyönlü sanksiyalar tətbiq edilir, hətta hərbi müdaxilə tətbiq edilir. Lakin bu günə qədər Azərbaycana xalqına qarşı illərdir davam edən erməni terroru əleyhində təsir gücü olan heç bir sanksiya tətbiq edilməyib.

Dünyanın müxtəlif yerlərində baş verən terror hadisələrinə yanaşmada ikili standart tətbiq edilməsi problemlərə İslamafob nəzərlərlə baxılmasının nəticəsidir. Lakin bilinməlidir ki, ədalətdən uzaq belə bir baxış dünyaya sülh və rifah gətirə bilməz. Bu gün dinc insanların ölümünü sakitliklə seyr edənlərin göz yumduqları terror hadisələrinin sabah onların özlərinə zərər verməyəcəyinin qarantiyası yoxdur.

Biz Beynəlxalq qurumlar işğal olunmuş ərazilərimizin azad olunması və erməni terrorunun dayandırılması üçün ədalətli davranış tələb edirik.

 

Ramiq Vəliyev

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam