Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alı Alıyev Zəhra Quliyevanın yeddi mərasimində -FOTOLAR

Alı Alıyev Zəhra Quliyevanın yeddi mərasimində -

 

Azyaşlı Zəhranın qanına qəltan edilməsi bir daha lənətləndi

 

Yenixeber.org:   Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın yeddi mərasimi keçirilmişdir. Yas mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun bütün idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, sadə insanlar, o cümlədən müxtəlif rayon və şəhərlərindən olan insanlar, həmçinin respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi şəxsləri iştirak etmişdir. Dörd mindən artıq insanın iştirak etdiyi mərasimdə azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları başında yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Alı Alıyev Zəhra Quliyevanın yeddi mərasimində -

Minlərlə insanın iştirak etdiyi yeddi mərasimdə Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndində dinc əhalini mütəmadi olaraq atəşə tutması, qadınları və azyaşlı uşaqları hədəf alması lənətlənmiş, düşmənin Alxanlıda törətdiyi hadisənin cavabsız qalmadığı vurğulanmışdır. Bildirilmişdir ki, Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisəyə ordumuz tərəfindən layiqli cavab verilmiş, Sahibə Quliyevanın və azyaşlı Zəhranın qisası alınmışdır. Qeyd olunmuşdur ki, Ermənistanın Alxanlıda dinc sakinləri, xüsusilə azyaşlı uşağı qanına qəltan etməsi bütün dünyaya çatdırılmış, düşmənin insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilmiş və qınanmışdır.

Alı Alıyev Zəhra Quliyevanın yeddi mərasimində -

Alxanlı kənd sakinləri bir daha düşmənin bu cür hərəkətlərindən qorxmadıqlarını,  öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

 

 Alı Alıyev Zəhra Quliyevanın yeddi mərasimində -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam