Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Fikirlərim təhrif olunub” -Elman Nəsirovdan açıqlama

“Fikirlərim təhrif olunub” -

Bu bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir.

Yenixeber.org:   Bunu Trend-ə açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat daha sonra bildirib: "Başqa bir həqiqət isə ondan ibarətdir müəyyən beynəlxalq siyasi dairələr və onların əlində alətə çevrilmiş bəzi QHT-lər müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər. Bu məqsədlə bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə praktikasına müraciət edirlər. Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsurlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir. Xüsusilə bu məsələlər ilə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı yalnız məhkəmə verir. Məhkəmənin də qərarı bəllidir. Ə.Muxtarlı ilə bağlı Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və Qaçaqmalçılıq maddələri ilə cinayət işi başlanmış və barəsində həbs qəti imkan tədbiri seçilmişdir. İkincisi, Ə.Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətimizin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azətbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur".

E.Nəsirov qeyd edib ki, ilkin olaraq bəzi KİV-lərin bu haqda dezinformasiya yayması faktı bəllidir: "Fikirlərim təhrif olunub, Aleksandr Lapşinin ekstradisiyası və sonrakı məhkəmə prosesi ilə bağlı fikirlərim qəsdən Əfqan Muxtarlıya şamil edilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam