Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Məsələni qəsdən siyasiləşdirənlər öz məqsədlərinə nail ola bilməyəcəklər" -XİN -dən Əfqan Muxtarlı ilə bağlı açıqlama

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verilib”.

Yenixeber.org:   Bunu APA-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ə. Muxtarlı ilə bağlı Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edərkən deyib.

 O bildirib ki, Gürcüstanın müvafiq dövlət qurumlarının da məsələ ilə əlaqədar açıqlaması var: "Hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün hesab etmirik. Sözügedən məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələr heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri ortaq maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq və birinin ərazisindən digərinə qarşı istifadə edilməsinə yol verməmək kimi prinsiplərə əsaslanır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam